Əbülfəz Elçibəy - 80

18:01 20-04-2018 | icon 1158 | Siyasət
Əbülfəz Elçibəy - 80

Azərbaycanın ikinci prezidenti, milli azadlıq hərəkatının lideri Əbülfəz Elçibəyin 80 illik yubileyi ilə bağlı İctimai Təşkilat Komitəsi yaradılıb.

 

Versus.az xəbər verir ki, bir qrup ziyalı və tanınmış ictimai xadimin 4 fevral 2018-ci ildə Azərbaycanın bütün siyasi partiyalarına, qeyri-hökumət təşkilatlarına, ictimai qurumlarına, kütləvi informasiya vasitələrinə, aydınlarına və ictimai-siyasi fəallarına etdiyi müraciətə cavab olaraq bu gün Elçibəyin 80 illik yubileyi ilə əlaqədar geniş toplantı keçirilib.


 
Toplantıda xalq hərəkatının iştirakçılarından olan Sabir Rüstəmxanlı, Ədalət Tahirzadə, Pənah Hüseyn, Mirmahmud Mirəlioğlu, İsgəndər Həmidov, o cümlədən Günaz TV-nin rəhbəri Əhməd Obalı, Zəlimxan Məmmədli, Arzu Səmədbəyli və digər ictimai-siyasi fəallar, Elçibəyin yaxın silahdaşları, partiya və media mənsubları iştirak ediblər. Toplantıda yubiley tədbirlərinin hazırlanması və keçirilməsi üçün İctimai Təşkilat Komitəsi yaradılıb. Komitəyə Əbülfəz Elçibəyin mətbuat katibi və silahdaşı, professor Ədalət Tahirzadə sədr, Əbülfəz Elçibəyin köməkçisi Oqtay Qasımov isə sədr müavini seçilib.


 
Bundan sonra? toplantı İctimai Təşkilat Komitəsinin iclası kimi davam etdirilib. Qərara alınıb ki, İctimai Təşkilat Komitəsinin siyahısı açıq saxlanılsın və komitədə iştirak etmək arzusunda olub müraciət edən hər bir kəsin müraciətinə baxılsın. Komitənin iclasında Azərbaycanda və ölkədən kənarda keçiriləcək silsilə yubiley tədbirləri ilə bağlı təkliflər səslənib, müzakirələr aparılaraq bir sıra qərarlar qəbul edilib. Nəzərdə tutulan işlərin planlı şəkildə həyata keçirilməsi üçün Təşkilat Komitəsi özünün işçi qrupunu yaradıb. Qərara alınıb ki, bundan sonra yığıncaqlar əsasən işçi qrupu üzvlərinin iştirakı ilə, həftədə iki dəfə olmaqla keçirilsin.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı