4 və 5 ulduzlu hotellərə gizli müştərilər göndəriləcək

15:51 04-12-2019 | icon 359 | Cəmiyyət
4 və 5 ulduzlu hotellərə gizli müştərilər göndəriləcək

Gələn ilin ikinci rübündən - aprel ayından Azərbaycanda hotellərin təsnifatlaşdırılmasına başlanacaq.

 

Versus.Az xəbər verir ki, bunu Azərbaycan Hotel Assosiasiyasının Baş icraçı direktoru Günay Sağlam Azərbaycan Hotel Assosiasiyasının II Baş Assambleyasında çıxışı zamanı deyib.

 

Onun sözlərinə görə, təsnifatlaşdırma ilk olaraq Bakıda tətbiq ediləcək.

G.Sağlam qeyd edib ki, hotellərin təsnifatlaşdırılması yeni formada aparılacaq, bu prosesdə yeni kriteriyalar tətbiq ediləcək:

"Əslində, hotel özünə güvənirsə, bu prosedurdan keçərək ulduz almaq elə də çətin olmayacaq".

 

G.Sağlam əlavə edib ki, hotellər təsnifatlaşdırılarkən oraya gizli müştərilər göndəriləcək.
 

Hazırda bununla bağlı iş aparıldığını deyən G.Sağlam bildirib ki, gizli müştərilər 4 və 5 ulduzlu hotellərə göndəriləcək. Üç ulduzlu hotellərə isə gizli müştərilər göndərilməyəcək:

"Təsnifatlaşdırmanı keçirmədən əvvəl hotellərə gizli müştərilər göndərəcəyik. Bu, ilk dəfə Azərbaycanda tətbiq ediləcək. Beynəlxalq praktikada belə məsələ, yəni ikili yoxlama yoxdur. Bunu ona görə edirik ki, hotellərə auditor göndərilən zaman onlar orada hər şeyi gözəl şəkildə təqdim edə bilərlər. Amma biz elə etməliyik ki, gözümüzdən heç nə qaçmasın və real vəziyyəti görək".

 

G.Sağlam 3 ulduzlu hotellərə gizli müştərilərin göndərilməməsinin səbəbini açıqlayaraq bunu belə hotellərin təklif etdiyi xidmətlərin sayının çox olmaması ilə izah edib:
 
"Üç ulduzlu hotelləri yoxlamaq çox da çətin deyil. Gizli müştərilərin daha çox xidmət göstərən, SPA-sı, 2-3 restoranı olan, fərqli xidmətlər göstərən hotellərə göndərilməsi daha düzgün olar".

 

AHA-nın Baş icraçı direktoru deyib ki, hazırda "Turizm haqqında" qanunda hotellərin ulduz alması məsələsi öz əksini tapmayıb:

"Buna görə də biz yalnız müraciət edən hotelləri təsnifatlaşdırmadan keçirəcəyik. Biz bununla bağlı plan hazırlayaraq hotelləri yoxlayacayıq".

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Ermənistanın buqələmun siyasəti

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”