"Boykot taktikasına əl atan istənilən siyasi qüvvə iflasa uğrayacaq"

16:51 04-12-2019 | icon 545 | Siyasət
"Boykot taktikasına əl atan istənilən siyasi qüvvə iflasa uğrayacaq"

Əlisahib Hüseynov: "Seçkilərə qatılmaq istəyən müxaliflər isə ultimatumla danışmamalı, ön şərtlər irəli sürməməlidir"

 

"Növbədənkənar parlament seçkilərinə start verilməsi heç şübhəsiz ki, müxalifət düşərgəsində də hərəkətlənməyə, canlanmaya səbəb olub. Və görünən də budur ki, müxalifət düşərgəsində təmsil olunan partiyaların bir çoxu bu seçkilərdə iştirak etməyə meyllidir. Bu isə öz-özlüyündə çox təqdir olunası, bəyənilən haldır".

 

Versus.Az xəbər verir ki, bunu açıqlamasında Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri Əlisahib Hüseynov bildirib.

 

Partiya sədri vurğulayıb ki, seçkiləri boykot etmək siyasi müdriklik nümunəsi sayıla bilməz:

 

"Boykot taktikasına əl atan istənilən siyasi qüvvə iflasa uğrayacaq. Ancaq seçkilərə qatılmaq istəyən müxaliflər də hakimiyyət və dövlətlə ultimatum dili ilə danışmamalı, ön şərtlər irəli sürməməlidir. Özünü "Milli Şura" adlandıran siyasi qurumun başbilənlərinin indidən "boykot" təhdidini dövriyyəyə buraxmaları hiyləgər siyasi şantaj taktikasından başqa bir şey deyil. Seçkilərə qədər iqtidarla müxalifət arasında dialoqun təşkili məsələsi də şərt kimi irəli sürülə bilməz".

 

Ə.Hüseynovun sözlərinə görə, müxalifət dialoq tərəfdarı olaraq çıxış etdiyi kimi, iqtidar da hər zaman dialoqa açıq olub və indiyə qədər bir neçə dəfə iqtidar-müxalifət dialoqları baş tutub. Partiya sədrinin fikrincə, zərurət yaranacağı təqdirdə heç şübhəsiz ki, iqtidar dialoq məsələsini yenə də gündəmə gətirə, gerçəkləşdirə bilər:

 

"Ancaq radikal müxalifətlə dialoq qurmaq, "dəyirmi masa" formatında bir araya gəlmək tamamilə səmərəsiz işdir. Bu cür tələblər onlara həm "suyu bulandırmaq", həm də öz siyasi varlıqlarını legitimləşdirmək üçün lazımdır".

 

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

İtlər hətta simvolları da anlayırlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol