"Özümü deputat kimi görmürəm"

07:58 05-12-2019 | icon 331 | Mədəniyyət
"Özümü deputat kimi görmürəm"

Aktyorların teatrı birdəfəlik tərk edib, seriallara getmələrini qəbul etmirəm. Sənətçilərimiz həm seriallarda, həm də tamaşalarda oynayırlar.

 

Versus.Az xəbər verir ki, bunu Əməkdar artist Anar Heybətov teatrlardakı son vəziyyətə münasibət bildirərkən deyib.

 

Əməkdar artist son vaxtlar çəkilən kommersiya filmlərini bəyənmədiyini bildirib:

 

“Düzdür, hazırda yeni gənc aktyorların teatrlara axını yoxdur. Amma istedadlı gənclər teatra cəlb edilir. Əslində aktyor olmadığı halda seriallara və filmlərə çəkilən “aktyorlar” bizim böyük bəlamızdır. Ancaq bunun qarşısını necə almağı bilmirəm. Pis-yaxşı, hamı film çəkir. Hətta bizim bəyənmədiyimiz film xalq tərəfindən daha çox baxılır. Bunun nə ilə bağlı olduğunu bilmirəm. Bəlkə də tamaşaçının zövqünü dəyişmişik.

Hazırda çəkilən filmlərin çoxuna baxmamışam. Amma baxdığım bir neçə kommersiya filmlərindən narazıyam. Aralarında yaxşıları da ola bilər, təəssüflər olsun ki, mən deyə bilməyəcəm. Serialların dəyişməsi üçün isə zaman lazımdır”.

 

“Təklif gələn kommersiya filmlərindən imtina etdiyiniz olub?” sualına aktyor belə bir hadisənin olduğunu açıqlayıb:

“Bu yaxınlarda kommersiya filminə dəvət etmişdilər. Amma özümü o filmdə görmədim. Təklif edən dostlarıma da bunu açıq şəkildə dedim. Yəqin ki, məndən incimədilər”.

 

“Özünüzü bir çox sənət dostlarınız kimi deputat görürsüz” sualına Anar Heybətov belə bir fikrinin olmadığını qeyd edib:

“Buna normal baxıram. Amma özümü deputat kimi görmürəm. İşimlə məşğul olsam, daha yaxşı olar”.

 

Son günlər Azərbaycan Teatr Xadimləri İttifaqının (TXİ) konfransı ilə bağlı yaranan qalmaqala münasibət bildirən Əməkdar artist ittifaqın fəaliyyətini normal qiymətləndirib:

“Dostumuz aktyor Elnur Kərimov həmin konfransa dəvət olunmamışdı. Elnur ora dəvətsiz gəlmişdi. Elnurun xətrini çox istəyirəm. Amma mən olsaydım, dəvətsiz yerə getməzdim. İnanın ki, Elnur kimi çox aktyor həmin konfransa gəlmək istəyir. Ümumiyyətlə, ittifaq tam normal fəaliyyət göstərir”. /Oxu.az/

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Ermənistanın buqələmun siyasəti

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…