“Warner Music Group”la müqavilə imzalayan ilk azərbaycanlı - FOTO

08:03 05-12-2019 | icon 304 | Mədəniyyət
“Warner Music Group”la müqavilə imzalayan ilk azərbaycanlı - FOTO

Azərbaycan Respublikasının Əməkdar artisti, dahi pianoçu və bəstəkarı İsfar Sarabski “Böyük üç səsyazma şirkətləri”nə daxil olan üçüncü böyük səsyazma studiyası “Warner Music Group”la müqavilə imzalayıb.

 

Versus.Az xəbər verir ki, Sarabski - “Warner Music Group”la müqavilə imzalamış ilk azərbaycanlı caz və elektron musiqiçidir.

 

 

Belə bir səsyazma nəhəngi ilə imzalanmış müqavilə nəinki 30 yaşını qeyd etmiş musiqiçimiz üçün, həmçinin, Azərbaycan musiqisi üçün yeni perspektivlər açan qapı deməkdir.

 

“Warner Music Group”la imzalanmış müqaviləyə əsasən, İsfar Sarabskinin iki albomu bu leybldə işıq üzü görəcək.

 

İlk albom caz janrında olacaq. Albomun çıxışı 2020-ci ilin iyun ayına planlaşdırılır. Albomdan öncə iki sinql parça gözlənilir. Fevral ayından başlayaraq İsfar müxtəlif festivallarda iştirak edəcək və Avropanın bir çox şəhərlərində konsert proqramı ilə çıxışlar edəcək. İyun ayının 11-12-i ərəfəsində Hamburq şəhərində musiqiçinin caz janrında albomu təqdim ediləcək.

 

İkinci albom isə elektron musiqi janrındadır, ilk sinqllar 2020-ci ilin avqust-sentyabr aylarında çıxacaq. İkinci albom 2020-ci ilin sonunda təqdim ediləcək.

 

Azərbaycanlı caz və elektron musiqiçi, pianoçu və musiqiyə elektro-muğam adlı yeni stil gətirmiş İsfar Sarabski musiqimizi yeni səviyyəyə qaldırır. Onun klassik və proqressiv caz, həmçinin, elektron soundda etdiyi təcrübələr tək tənqidçiləri və mütəxəssisləri deyil, eyni zamanda, nəhəng musiqi leybıllarının da diqqətini cəlb edib.

 

Daha dəqiq desək, dünya səsyazma biznesinin üç aparıcı şirkətindən biri sayılan “Warner Music Group”un geniş artist siyahısına İsfarın adı da əlavə olunub. Beləliklə, Sarabski “Warner Music Group”la əməkdaşlıq müqaviləsi imzalamış ilk azərbaycanlı caz musiqiçi olub.

 

 

Məlumat üçün qeyd edək ki, bu səsyazma leyblının artist siyahısında Areta Franklin, Edit Piaf, “The Doors”, Bred Mehldau, Neil Yanq, Michael Buble, Phil Collins, Avishai Cohen, David Guetta, JAZ-Z, Muse,“Deep Purple”, “Bee Gees”, Devid Boui, Alis Kuper, Erik Klepton, “Blur”, “Liam Gallagher”, “Daft Punk”, “Gorillaz”, “Green Day”, Bruno Mars və yüzlərlə digər tanınmış isimlər var. Artıq Respublikamızın Əməkdar musiqiçisi İsfar Sarabski də bu siyahıya daxildir. /Oxu.az/

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı