"Köhnə filmlərimizin ənənəsinə sadiq qalınmalıdır"

08:09 05-12-2019 | icon 358 | Mədəniyyət
"Köhnə filmlərimizin ənənəsinə sadiq qalınmalıdır"

Hələ də aktyorların, xüsusən, gənc aktyorların maaşları normal səviyyədə deyil.

 

Versus.Az xəbər verir ki, bunu Oxu.Az-a açıqlama verən Xalq artisti Səidə Quliyeva deyib.

 

“Başımızı aşağı salıb sənətimizlə məşğuluq ki, tamaşaçıların qarşısına üzüağ çıxaq. Yeni tamaşalar qoyulur. Hər şey normaldır.

Hazırda seriallarda oynamıram. Seriallarda çəkilənlər maddi vəziyyətlərinə görə bu addımı atırlar. Baxmayaraq ki, Prezidentimiz sənət insanlarının maaşlarını artırdı, amma yenə də maaşlar normal səviyyədə deyil. Üzdə olan aktyorlara dövlət tərəfindən hər şey verilir. Amma yaşayış şəraiti pis olan aktyorlar da var. Həmçinin, teatrlara yeni gələn aktyorların maddi vəziyyətləri yaxşı deyil. Həmin gənclər həm məşhur olmaq, həm də maddi vəziyyətlərini yaxşılaşdırmaq üçün bu addımı atırlar. Amma daha çox məşhur olmaq üçün buna əl atırlar”, - deyə aktrisa bildirib.

 

Xalq artisti hesab edir ki, əvvəlki dövrümüzə qayıdaraq, köhnə filmlərimizin ənənəsinə sadiq qalınmalıdır:

“Kommersiya filmləri içərisində seçim edirəm. Çoxunun bərbad halda olduğunu danmıram. Amma içərisində yaxşıları da var. Bizdə daha çox görülən işin ətrafında səs-küy yaranır, iş isə kənarda qalır.  

Hələ ki, o dərəcəyə gəlib çatmamışıq. Fikrimcə, əvvəlki dövrümüzə qayıdaraq, köhnə filmlərimizin ənənəsinə sadiq qalaq. Ümumiyyətlə, filmlərdə əsl peşəkarlar çəkilməlidir. Əsas silahı onlara vermək lazımdır. O zaman dünya səviyyəsində yaxşı filmlər də olacaq. Kənar adamlar öz sənətləri ilə məşğul olsun. Çünki film çəkmək çox çətin sənətdir”. /Oxu.az/

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Ermənistanın buqələmun siyasəti

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

Baba Pünhanın vəfatından 20 il ötür

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?