Şəhidimizin doğum günüdür

14:51 21-04-2018 | icon 1052 | Şəhidlər və şahidlər
Şəhidimizin doğum günüdür

Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırovun doğum günüdür.

 

Versus.az-ın məlumatına görə, Allahverdi Teymur oğlu Bağırov 1946-cı il aprelin 22-də Ağdam şəhərində anadan olub.

 

O, 1988-ci ildə ermənilərin Qarabağa təcavüzünün ilk günlərindən Xalq hərəkatına qoşulub, 1990-cı ilin yanvarında könüllülərdən ibarət "Vətən oğulları" batalyonunu yaradıb, düşmənə qarşı rəşadətlə vuruşub. O, 1992-ci ildə Qarakənd əməliyyatına başçılıq edib, ermənilərin bir neçə dayaq məntəqəsini məhv edib, Xocalı faciəsi zamanı yüzlərlə dinc əhalini xilas edib, çoxlu sayda insanı əsirlikdən geri alıb. Onun rəhbərlik etdiyi batalyon 1992-ci il iyunun 12-də Aranzəmin, Naxçıvanik, Dəhraz, Mirkənd, Pircamal kəndlərini düşməndən azad edib.

 

Döyüşdən sonra döyüşçü məntəqələrini yoxlayıb geri qayıdarkən mindiyi maşında minaya düşüb və həlak olub. Ağdam şəhərinin Şəhidlər xiyabanında dəfn edilib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

Baba Pünhanın vəfatından 20 il ötür

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

Azərbaycanın daha bir qələbəsi

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI