Tarzənin canlı ifası və mənim sevincim

23:38 06-12-2017 | icon 1835 | Uşaq Dünyası
Tarzənin canlı ifası və mənim sevincim

Arif Pənahəliyev
/VII sinif şagirdi/

Salam, əziz dostlar.
Dekabr 2017-ci ilin son ayıdır. Bu ay mənim üçü maraqlı tədbirlərlə başlayıb. Ayın sonunadək də maraqlı olacağını indidən deyə bilərəm. Çünki qarşıdan yeni il gəlir.

Dekabr başlar başlamaz tədbirlərlə bağlı məşqlərdə oldum.
Keçən həftə məktəbimizdə dahi Bülbülün yubileyinə həsr olunmuş tədbir keçirildi. Musiqi müəlliməmiz Pərvin müəllimənin hazırladığı bu tədbirdə mən də içtirak etdim. Tarda “Küçələrə su səpmişəm” xalq mahnısını ifa etdim. Müəlliməmiz “Arşın mal alan” operattasından bir səhnə hazırlamışdı. Sinif yoldaşlarımla mən bu səhnəni təqdim etdik. Əsgər bəy obrazını mən canlandırırıdım.

İfamızı bəyəndiklərini tamaşaçıların alqışlarından hiss etdik. Müəlliməmizin zəhmətini yerdə qoymadıq. “Almanı atdım xarala” xalq mahnısını Əfsun, Nail və mən ifa etdik.

Opera ifaçısı Ramil Qasımov da tədbirdə iştirak edirdi. Bülbülün”Sənsiz”ini onun ifasında canlı dinlədik. Çox maraqlı tədbir oldu. Mənim üçün yaddaqalan günlərdən biri oldu.

Dekabrın 5-də isə məşhur tarzən Ramiz Quliyevlə görüş keçirildi musiqi məktəbində. Mənim üçün çox maraqlı idi korifey sənətkarı yaxından görmək və dinləmək.
Vaxtaşırı düşüncələrimi sizinlə paylaşmağa çalışacam, dostlar. Hələlik. Sağ olun. Sizlərə həmin tədbirdən çəkilmiş şəkilləri təqdim edirəm.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Ən sürətli qol

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin