BSU-da “Abdulla Şaiq bizim mənəvi irsimizdir” mövzusunda dəyirmi masa keçirilib

15:57 05-12-2019 | icon 103 | Təhsil
BSU-da “Abdulla Şaiq bizim mənəvi irsimizdir” mövzusunda dəyirmi masa keçirilib

Bakı Slavyan Universitetinin (BSU) Məktəbəqədər təlim-tərbiyə və ibtidai təhsil fakültəsinin təşkilatıçılığı ilə “Auditoriya+” layihəsi çərçivəsində XX əsr Azərbaycan uşaq ədəbiyyatının görkəmli nümayəndəsi Abdulla Şaiqin yaradıcılığına həsr olunmuş “Abdulla Şaiq bizim mənəvi irsimizdir” mövzusunda dəyirmi masa keçirilib.

 

BSU-nun Mətbuat xidmətindən Versus.Az-a verilən məlumata görə, pedaqogika və psixologiya kafedrasının dosenti Ülviyyə Mehrəliyevanın moderatorluq etdiyi dəyirmi masada Məktəbəqədər təlim-tərbiyə və ibtidai təhsil fakültəsinin dekanlığı, Pedaqogika və psixologiya kafedrasının əməkdaşları, “İbtidai sinif müəllimliyi” ixtisasında təhsil alan II və III tədris ili tələbələri iştirak ediblər.

 

Dəyirmi masada Məktəbəqədər təlim-tərbiyə və ibtidai təhsil fakültəsinin tələbələrindən Əsbət Nərimanlının “Abdulla Şaiqin tərcümeyi-halı”, Rəna Mehdiyevanın “Abdulla Şaiqin yaradıcılığı”, Dərya Mustafayevanın “Abdulla Şaiqin poeziya və musiqisi”, Elmira Əsədovanın “Abdulla Şaiqin nəsri”,      Kamilla Naciyevanın “Abdulla Şaiqin dramaturgiyası”, Şövkət Əsədovanın “Abdulla Şaiqin elmi fəaliyyəti”, Emilya İbrahimovanın “Abdulla Şaiq-uşaq ədəbiyyatının banisi”, İradə Cəfərovanın “Ədəbi şöhrət” mövzusunda məruzələri dinlənilib.

Tədbirdə tələbə Ella Balasultanova Abdulla Şaiqin “Vətən” şeirini səsləndirib.

 

Sonda Abdulla Şaiqin çoxşaxəli ədəbi-bədii yaradıcılığı ətrafında müzakirələr aparılıb.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

O, yalnız seçkidən seçkiyə deyil, hər zaman seçicilərinin yanında oldu

Mehriban Sadıqovanın namizədliyi təsdiqləndi

Məcburi köçkün məktəbinin olimpiada qalibi olan şagirdi

101 saylı Göygöl-Daşkəsən seçki dairəsindən namizəd - HAFİZ HACIYEV

Rauf Arifoğlunun kötükdən büt yapanları

52 saylı Quba seçki dairəsindən namizəd - ƏLABBAS MƏHƏRRƏMOV

Doktorantura, sınaq, buraxılış və magistraturaya qəbul imtahanlarının vaxtı açıqlanıb

Eksternat imtahan keçiriləcək

Məktəblər üçün qış tətilinin vaxtı müəyyən edilib

Doktoranturaya qəbul qaydaları dəyişib

Sizi İqbal Ağazadənin seçki qərargahından salamlayıram

35 saylı Xətai Üçüncü Seçki Dairəsindən namizəd - İQBAL AĞAZADƏ

79 saylı İmişli seçki dairəsindən namizəd - RAZİ NURULLAYEV

105 saylı Tovuz seçki dairəsindən namizəd - QƏNİRƏ PAŞAYEVA

125 saylı Zəngilan-Qubadlı Seçki Dairəsindən namizəd - ƏLİSAHB HÜSEYNOV