Özbəkistanlı qonaqların Lənkərana səfəri başlayıb

11:51 06-12-2019 | icon 429 | Mədəniyyət
Özbəkistanlı qonaqların Lənkərana səfəri başlayıb

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) təşəbbüsü ilə Azərbaycanın və Özbəkistanın regionları arasında əməkdaşlığın genişləndirilməsi, yeni əlaqələrin yaradılması layihəsi həyata keçirilir.

 

Versus.Az xəbər verir ki, bununla əlaqədar əldə olunmuş razılığa əsasən Özbəkistanın Buxara vilayət hakimiyyəti nümayəndələri, habelə mədəniyyət kollektivindən ibarət qrup bu gün Azərbaycana səfərə yola düşüb. Onlar dekabrın 10-dək Lənkəran şəhərində olacaqlar.

 

Layihəyə Azərbaycanın Özbəkistandakı səfirliyi, bu ölkənin Nazirlər Kabinetinin Millətlərarası Münasibətlər və Xarici Ölkələrlə Dostluq Komitəsi (MMXÖDK) müvafiq dəstək göstərir.

 

Səfər zamanı Lənkəran və Buxara arasında “Qardaşlaşmış şəhərlər” layihəsinin həyata keçirilməsi, gələcəkdə bu barədə müvafiq müqavilənin imzalanması, tərəflər arasında elm, mədəniyyət, turizm, təhsil sahəsində birgə layihələrin icrası, əməkdaşlığın genişləndirilməsinə dair görüşlərin, müzakirələrin təşkili nəzərdə tutulur.

 

Azərbaycana gedən qonaqlar arasında Buxara vilayət hakiminin müavini Voxid Niyozov, Mədəniyyət idarəsi rəhbərinin müavini Qolibcon Barotov, vilayət filarmoniyasının rəhbəri Rauf Avezov, mədəniyyət xadimləri, musiqiçilər var. Həmçinin MMXÖDK sədrinin müavini Firuz Bekov, Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin icraçı direktoru, professor Erkin Nuriddinov da səfərə gedənlər arasındadır.

 

Səfərlə əlaqədar Lənkəran şəhər Mədəniyyət sarayında “Özbək mədəniyyəti və incəsənəti günü” keçiriləcək. Bu münasibətlə Mədəniyyət sarayında özbək sənətinə dair əl işləri, suvenirlər sərgilənəcək, sarayın salonunda isə bədii proqram nümayiş etdiriləcək.

 

Buxara vilayət hakimiyyətinin nümayəndələri ilə Lənkəran Rayon İcra Hakimiyyətində görüş keçiriləcək və qonaqlar rayonun, habelə cənub bölgəsinin görməli məkanları, tarixi abidələri, turizm obyektləri ilə tanış olacaqlar.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Azərbaycanın daha bir qələbəsi

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI