Milli Məclisin adı dəyişdiriləcəkmi?

12:59 06-12-2019 | icon 434 | Siyasət
Milli Məclisin adı dəyişdiriləcəkmi?

Ziyalılar hazırda gündəmin ən çox müzakirə olunan məsələsi - Milli Məclislə bağlı maraqlı təklif səsləndiriblər.

 

Versus.Az xəbər verir ki, təklifi yazıçı-dramaturq Firuz Mustafa ictimailəşdirib.

 

Belə ki Fazil Mustafa həmkarı ilə birgə Milli Məclisin adının dəyişdirilməsini təklif edib. “Bu günlərdə tanınmış türkoloq, hörmət bəslədiyim təvazökar dilçi alim Şahlar Göytürk bir təklif vermişdi. "Milli Məclis əvəzinə Millət Məclisi deyilməlidir". Nəsə bu təklifə az reaksiya oldu. Zənnimcə çox doğru yanaşmadır. Nə üçün? Çünki biz "Milli Məclis" deyiriksə, onda məntiqlə gərək deputata da "milli vəkil" deyək. Hesab edirəm ki, iki aylıq "istirahətdən" sonra fəaliyyətə başlayacaq Milli Məclisin yeni üzvləri bu məsələni müsbətə doğru həll edəcək” -deyə, Firuz Mustafa bildirib.

 

Ölkə Prezidentinin sərəncamı ilə 5 dekabr 2019-cu il tarixində Azərbaycan Respublikasının Milli Məclisi rəsmən buraxılıb, 9 fevral 2020-ci il tarixinə isə növbədənkənar parlament seçkisi təyin edilib.

 

Qeyd edək ki, qardaş Türkiyə Cümhuriyyətində qanunverici orqan Böyük Millət Məclisi, onun üzvləri isə məllət vəkili adlanır. /Modern.az/

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Ən sürətli qol

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin