Tanınmış jurnalistdən dövlət başçısına maraqlı təklif

10:10 22-04-2018 | icon 758 | Gündəm
Tanınmış jurnalistdən dövlət başçısına maraqlı təklif

 

Təbriz Vəfalı: «İşdən azad edilən məmurların əmək kollektivləri ilə vidalaşma mərasimləri təşkil olunsun»

 

"Azərbaycanda adətən kimsə hər hansı bir vəzifəyə təyin ediləndə həmin şəxs əmək kollektivinə təqdim edilir. Ancaq pensiya yaşı çatan, səhhətində problem yaranan, işində nöqsanlar olmayan, vəzifə səlahiyyətlərindən sui-istifadə etməyən məmurlar və digər vətəndaşlar işdən azad ediləndə onların əmək kollektivləri ilə vida görüşü, vidalaşma mərasimləri təşkil olunmur".

 


Versus.az-ın məlumatına görə, bu barədə tanınmış tədqiqatçı jurnalist, Azərbaycan İnformasiya Mərkəzinin rəhbəri, www.azim.az internet portalının baş redaktoru Təbriz Vəfalı bildirib. O deyib ki, Misir Mərdanov təhsil naziri olarkən atası Kamal Rəhimli pensiya yaşı çatdığına görə Azərbaycan dili və ədəbiyyat müəllimi kimi fəaliyyət göstərdiyi Tərtər rayonunun Seydimli kənd orta məktəbində işdən azad edilib:

 

«Ancaq ömrünün 40 ilindən çoxunu pedaqoji təhsilə həsr etmiş, minlərcə şagirdin təlim-tərbiyəsində, biliklənməsində, əsl vətəndaş kimi yetişməsində böyük rol oynayan atamla bərabər digər müəllimlər də işdən azad edilərkən onlarla vida görüşü təşkil olunmadı. Bu cür laqeyd münasibət isə həm həmin müəllimlərə, həm də onların ailə üzvlərinə, qohumlarına mənfi təsir göstərdi. Çünki tədbir, vidalaşma mərasimi keçirilmədən bu müəllimlərə «işdən azadsınız» deyilməsi onların əmək fəaliyyəti dövründə göstərdikləri fədakarlıqlara kölgə salmaq kimi başa düşüldü, yaşlaşdıqları üçün artıq heç bir şeyə yaramadıqları kimi anlaşıldı».

 


Tanınmış jurnalist qeyd edir ki, analoji durum təkcə təhsil müəssisələrində deyil, dövlət qurumlarında da yaşanır. Onun dediyinə görə, hər hansı bir məmur vəzifəyə təyin ediləndə onu əmək kollektivinə təqdim etmək bir ənənə halını alıb. Ancaq işdən azad edilməsindən sonra onunla əmək kollektivinin vidalaşma mərasimi keçirilmir:

 

«Xüsusilə də yüksək çinli məmurlar məsələn, nazirlər, komitə sədrləri, agentlik rəhbərləri və digərləri işlərində nöqsanlara yol vermədikləri, vəzifə səlahiyyətlərindən sui-istifadə etmədikləri halda aparılan kadr islahatı zamanı öz vəzifələrini itirdikdən sonra onları sanki bu vəzifədə çalışmamış, xalqa, dövlətə xidmət göstərməmiş insanlar kimi qəbul edənlər də var. Yəni bəziləri düşünürlər ki, vəzifədəsənsə lazımlı insansan, vəzifədən uzaqlaşdırılırsansa, daha lazımlı insan deyilsən».

 


Prezident İlham Əliyevin dünən «Azərbaycan Respublikası Nazirlər Kabinetinin yeni tərkibi haqqında» Sərəncam imzaladığını xatırladan Təbriz Vəfalı vurğulayıb ki, həmin sərəncama görə, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov, Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov, Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Heydər Əsədov və digərləri artıq əvvəlki vəzifələrindən azad ediliblər. Baş redaktor bildirir ki, o, dövlət başçısı tərəfindən aparılan kadr islahatlarını həmişə dəstəkləyib. Ancaq bununla belə ictimaiyyətdə vəzifədən uzaqlaşdırılan şəxslər barədə yanlış fikirlərin, mənfi rəylərin formalaşdırılması onu ciddi narahat edir:

 

«Dəfələrlə şahidi olmuşam ki, hər hansı bir yüksək vəzifəli məmur, məsələn, nazir öz vəzifəsindən uzaqlaşdırıldıqdan sonra, yeni təyin olunmuş nazirin rəhbərlik etdiyi qurumun rəsmi internet portalında mütləq dəyişikliklər aparılır və sabiq nazirin fəaliyyətinə aid məlumatlar dərhal saytdan çıxarılır. Bu cür dəyişikliklərə isə rəsmi dövlət portalının yenilənməsi və təkmilləşdirilməsi adı verilir. Əgər həmin nazir vəzifə səlahiyyətlərindən sui-istifadə etməyibsə, işində nöqsanlara yol verməyibsə, onun unutdurulması, sabiq nazirin fəaliyyətinə, dövlət və xalq qarşısındakı xidmətlərinə kölgə salınması normal və təbii hal kimi qəbul oluna bilməz. Bütün bunlara görə də ölkə Prezidenti cənab İlham Əliyevə təklif edirəm ki, sıravi vətəndaşdan tutmuş ən yüksək vəzifəli şəxsə kimi kimsə vəzifəsindən, işindən azad ediləcəksə, onun əmək kollektivləri ilə vida görüşünün təşkilinə təşəbbüs göstərsin. Eyni zamanda dövlət qurumlarında xatirə lövhələri yaradılsın və işdən azad edilən şəxslərin adları və şəkilləri həmin lövhələrdə qeyd olunsun. Əgər bu təklifim reallaşarsa, o zaman işdən azad edilən insanlar, onların qohum-əqrabaları və yaxınları ruh düşgünlüyünə düçar olmaz, bu insanların dövlət başçısına, dövlətimizə etibarı və məhəbbəti daha da artar».

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol