Hədəfimiz xalqın itirilmiş inamını qaytarmaqdır

00:28 10-12-2019 | icon 633 | Siyasət
Hədəfimiz xalqın itirilmiş inamını qaytarmaqdır

Ehtiram Mehtiyev: "Xalqa yaxın olmaq və "yeni başlanğıc" üçün mən də seçkiyə qatılacam"

 

"Müxalifətin parlament seçkilərində iştirakı vacibdir. Hesab edirəm ki, ölkədə ictimai-siyasi durğunluğu dəyişmək, cəmiyyətə müsbət mesajlar vermək üçün seçkilərdə iştirak artıq xalqın və zamanın tələbidir".

 

Versus.az xəbər verir ki, bunu açıqlamasında AXCP-nin sədr müavini Ehtiram Mehtiyev bildirib. Sədr müavini qeyd edib ki, AXCP olaraq belə qərara alınıb ki, seçkilərdə iştirak edərək ölkədəki yeniləşməyə dəstək versinlər: "Ümumiyyətlə, müxalifət partiyası olaraq ölkənin problemlərinə hec vaxt biganə qalmamışıq. Zaman-zaman ölkənin tərəqqisi üçün bütün sahələrə dair təkliflərimizi hökumətə təqdim etmişik. Hədəfimiz xalqın itirilmiş inamını qaytarmaq və onların siyasətə marağını bərpa etməkdir. Çünki, xalq yalan vədlərdən yorulub və siyasətçilərə də öz maraqları üçün çalışan adamlar kimi baxırlar. Buna nail olmaq üçün insanlarla ayrı-ayrılıqda söhbətlər aparırıq. Əminik ki, xalq bizi yeni də səmimi siyasi qüvvə kimi qəbul edəcək". E.Mehtiyev vurğuladı ki, radikal müxalifət əvvəlki illərdə olduğu kimi xalqın inamını qıran seçkiləri boykot taktikasından çəkinməlidir: "Biz partiya olaraq bu kimi çağırışlardan uzaq olacağımızı bəyan edirik".

 

SEVDA

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Ən sürətli qol

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin