Bağırsaq qurdlarından qurtulmağın təbii yolları - RESEPT

10:13 11-12-2019 | icon 381 | Sağlamlıq
Bağırsaq qurdlarından qurtulmağın təbii yolları - RESEPT

Bu gün qurd problemi dünyanın bütün ölkələrində geniş yayılıb. Belə problemlərə uşaqlar arasında daha çox rast gəlinir. Müalicə ilə bağlı əsas çətinlik törədən məqam isə qurdların orqanizmdən gec təmizlənməsi ilə bağlıdır. Buna görə də həkimlər çox dərman yazmağa məcbur qalırlar.

 
 
Versus.Az Medicina.az-a istinadən xəbər verir ki, dərmanlar çox olsa da, bəzən qurdlar orqanizmdən təmizlənmir. Körpə orqanizmlər isə kimyəvi dərmanlarla çox yüklənir. Bu da əlbəttə fəsadsız ötüşə bilməz.
 
 
Orqanizmdə qurdun əlamətləri:
 
-Başağrısı
 
-Halsızlıq
 
-İştahasızlıq
 
-Ürəkbulanma
 
-Sancılar
 
-Qəbzlik və ya ishal
 
-Dilin üzərində ərp
 
-İmmunitet zəifliyi
 
-Çəki azlığı
 
-Göbək nahiyyəsində ağrılar
 
-Qaşınma
 
-Ağız boşluğunda qoxunun yaranması və s.
 
 
Orqanizmdə qurd aşkarlandıqda, pəhriz saxlamaq lazımdır ki, qurdlar qidalana bilməsinlər. Qurdların təmizlənməsi üçün pəhriz saxladıqda yağlı, duzlu, şirin, zülallı qidalardan uzaq olmaq lazımdı. Lakin çərçivə tanımayan uşaqlara necə başa salaq ki, onun istədiklərini yemək olmaz. Digər tərəfdən də kimyəvi dərmanlar uşağın ən əvvəl mədəsini sıradan çıxara bilər.
 
 
Bizi əhatə edən hər şeydən orqanizmimizə qurd yoluxa bilər. Lazımdır ki, meyvə-tərəvəz isti su ilə yaxşı yuyub yeyilsin. Göyərti yuyularkən suyuna 1-2 x.q sirkə və ya duz toküb 10-15 dəqiqə saxlamaq lazımdır ki, tərkibindəki mikroblar məhv olsun.
 
 
Körpələrin hər etdikləri hərəkətə diqqət etmək lazımdır. Dırnaqlarını tutuqdan sonra ələrini 72%-lik paltar sabunu ilə yuyub barmaq uclarına spit çəkmək lazımdır.
 
 
Bəzi qurd növləri var ki, bizquyruq qurdlardan fərqli olaraq, orqanizmdən gec tökülür. Bunun üçün həm səbirli olmaq lazımdır ,həm də müalicəni hərtərəfli aparmaq şərtdir. Qurdlara həm daxildən orqanizmdə ishal vəziyyəti yaratmaqla, həm də xaricdən təbii vasitələrlə təsir etmək vacibdir. Bunlarla bərabər, immunitet artırıcılar vermək lazımdır.
 
 
Qurd problemindən dərmansız qurtulmaq üçün aşağıdakı reseptlərdən istifadə edin:
 
- 4-5 gün gicitkan dəmləməsini 1 dilim limonla içmək.
 
- Gecə anus dəliyinin kənarlarına sink mazı çəkmək.
 
-100qr sarımsaq və 100qr xren əzilib, qarışdırılır və süzülür. Gündə uşaqlara 1ç.q, böyüklərə 1x.q 0.5 st su ilə yeməkdən öncə qab. içilir.
 
- 1 baş sarmısaq və 200 qr tibbi spirt. Sarımsaq əzilir, spirtlə qarışdırılır, 7-8 gün saxlanılır, süzülür. 0.5 st südə uşaqlar üçün 6-7, böyüklər üçün 12-14 damcı tökülür, içilir. Həmçinin nəcis yoxlanılır, qurdlar düşənə kimi bu məhlul hər gün içilir.
 
- Balqabaq qabığı qurudulur, üyüdülür və dəmlənilir. Qurdların tökülməsinə effektli təsir edir.
 
- Dağ tərxunu çiçəyi, ayıdöşəyi çiçəyi, andız kökü, balqabaq tumu bütün bunlar üyüdülür. Eyni miqdarda götürülür, bala qarışdırılır. Hər axşam uşaqlara 1x.q, böyüklərə 2 x.q verilir.
 
- 5 gün 50 qr (axşam) südə 1 dış əzilmiş sarımsaq tənizifin içində qoyulur. İsti südün içində dəmlənilir. Sarımsaq içindən sıxılıb, çıxarılır, südlə bağırsaq klizma olunur. Anus dəliyinin kənarlarına da sarımsaq sürtülür.
 
- Axşamdan 0.5 st suda 1 diş sarımsaq dəmlənilir. Bir həftə uşağa və böyüyə içirilir.
 
- Dağ tərxunu, boymadərən dəmlənilir, içilir. Gün ərzində həmçinin balqabaq tumu yeyilir. Bunlarla bərabər, qarınişlədici sena çayı içilir.
 
- Sarımsaq 1 diş, süd - 1st, kök şirəsi - 0.5 st. Bu qarışıq içilir və anus dəliyinə sink mazı çəkilir.
 
- Bir ədəd banan təmiz yuyulur, qabıqlı doğranılır, 1 litr suda dəmlənilir və 1 st. içilir.
 
- Artlanmış ümumi çəkisi 150 qr balqabaq tumu əzilir üzərinə 0.5 st su tökülür. Səhər ac qarnına qarışdırılıb içilir. Gündə 3 dəfə 1 yemək qaşığı içilir. 1 həftə edilir. Qurdların tökülməsinə kömək edəcək, hətta kisəli qurdlar topa-topa töküləcək. Bu 1 həftə ərzində yağlı, ət olmaz. Qidalanma rasionu soyutma kartof, üzsüz qatıq, şirinçay, çörək və şordan ibarət ola bilər.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

Baba Pünhanın vəfatından 20 il ötür

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

Azərbaycanın daha bir qələbəsi