İnzibati xətalara baxmaq səlahiyyəti olan vəzifəli şəxslər müəyyən edildi

11:51 22-04-2018 | icon 666 | Sağlamlıq
İnzibati xətalara baxmaq səlahiyyəti olan vəzifəli şəxslər müəyyən edildi

Səhiyyə naziri səlahiyyətlərini icra edən Oqtay Şirəliyev "İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin siyahısı”nı təsdiq edib.

 

Versus.Az xəbər verir ki, O.Şirəliyevin bununla bağlı verdiyi əmrə əsasən, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarların informasiya modulu vasitəsi ilə "ASAN ödəniş" sisteminə daxil edilməsi təmin ediləcək.

 

Əmrdə qeyd edilir ki, İnzibati Xətalar Məcəlləsinin 210, 225.1, 428.4, 428.4-1 və 452-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə səhiyyə naziri, səhiyyə nazirinin müavinləri, Aparatın rəhbəri, onun müavini, Hüquq və daxili nəzarət sektorunun müdiri baxacaq.

 

Məcəllənin 211, 212.2 (inzibati icraata Səhiyyə Nazirliyi tərəfindən başlandığı halda), 216, 217, 218, 219, 220 və 265-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə səhiyyə naziri, səhiyyə nazirinin müavinləri, Aparatın rəhbəri, onun müavini, sanitariya-epidemioloji nəzarəti sektorunun müdiri, Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktoru, onun müavinləri, yerli bölmələrin direktoru və müavinləri, Məcəllənin 213.0.1 və 2 13.0.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə səhiyyə naziri, səhiyyə nazirinin müavinləri, Aparatın rəhbəri, onun müavini, Səhiyyə Nazirliyinin baş məsləhətçi-mətbuat katibi, Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktoru, onun müavinləri, yerli bölmələrin direktoru və müavinləri, Məcəllənin 213.0.2, 213.0.3 və 214-cü maddələrdə nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə səhiyyə naziri, səhiyyə nazirinin müavinləri, Aparatın rəhbəri, onun müavini, Tibbi yardımın təşkili şöbəsinin müdiri səlahiyyətli şəxslər kimi müəyyənləşdirilib.

Məcəllənin 215-ci maddədə nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə səhiyyə naziri, səhiyyə nazirinin müavinləri, Aparatın rəhbəri, onun müavini, Tibbi yardımın təşkili şöbəsinin müdiri, Hüquq və daxili nəzarət sektorunun müdiri səlahiyyətli şəxslər kimi müəyyən edilib.

 

Gözəl Nəcəfli
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı