Bir qrup şəhid ailəsi və Qarabağ müharibəsi əlili fərdi yaşayış evləri ilə təmin olundu

14:07 11-12-2019 | icon 310 | Cəmiyyət
Bir qrup şəhid ailəsi və Qarabağ müharibəsi əlili fərdi yaşayış evləri ilə təmin olundu

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Lənkəran rayonunda bir qrup şəhid ailəsi və Qarabağ müharibəsi əlili fərdi yaşayış evləri ilə təmin olunub.

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Versus.Az-a verilən xəbərə görə, yeni fərdi yaşayış evləri ilə təmin edilən vətəndaşlar şəhid ailələrinin və müharibə əlillərinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən razılıq hisslərini ifadə ediblər. Onlar qayğı ilə əhatə olunduqlarına, bu gün isə yeni fərdi yaşayış evləri ilə təmin edildiklərinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər.

 

Evlərin istifadəyə verilməsi tədbirində qeyd olunub ki, respublikamızda icra olunan mühüm sosial proqramlardan biri də şəhid ailələrinin və müharibə əlillərinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına, onların yeni mənzillərlə təmin olunmasına yönəlib.

 

2018-ci ildə Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə nəzərdə tutulduğundan (207 mənzil) 3 dəfə çox olmaqla 626 mənzil təqdim edilib. 2019-cu ildə isə bu kateqoriyalardan olan vətəndaşlara 934 mənzil və fərdi ev verilməsi nəzərdə tutulub, onlardan artıq 515-i verilib. Qalan mənzil və fərdi evlərin də cari ilin sonuna qədər verilməsi də təmin ediləcəkdir.

 

İndiyədək nazirlik tərəfindən şəhid ailələrinə və müharibə əlillərinə 7169 mənzil və fərdi ev təqdim edilib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Ən sürətli qol

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin