"AB Dağlıq Qarabağ münaqişəsini həll edən deyil..."

14:14 11-12-2019 | icon 400 | Qarabağ
"AB Dağlıq Qarabağ münaqişəsini həll edən deyil..."

"Avropa Birliyi (AB) Dağlıq Qarabağ münaqişəsini həll edən deyil. Lakin onların problemin həlli ilə bağlı müəyyən mexanizmləri mövcuddur".

 

Versus.Az xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) sədri Fərid Şəfiyev bu gün keçirilən mətbuat konfransında deyib.

 

O bildirib ki, əsas məsələ Aİ-nin, bu birliyə daxil olan dövlətlərin Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsidir:

"Bildiyiniz kimi, Avropa Komissiyası yenidən formalaşmaqdadır. Lakin son sədr Donald Tusk Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Bununla yanaşı Avropa Komissiyası işğalçı ölkənin qondarma Dağlıq Qarabağda keçiriləcək "seçkiləri", Ermənistanın baş naziri Nikol Paşinyanla avqust ayında səsləndirdiyi bəyanatı pisləyir".

 

Mərkəz sədri söyləyib ki, Avropa Birliyi Dağlıq Qarabağ münaqişəsinin həllində aktiv iştirak edə bilməz, çünki problemin həlli ilə bağlı ATƏT-in Minsk qrupu çalışır:

"Avropa Komissiyası da münaqişənin həllində öz fəal rolunu görmür. Onlar sadəcə müəyyən layihələrə dəstək verə bilər. Əsas odur ki, Avropa Birliyi münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllində bizi dəstəkləyir".

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Ermənistanın buqələmun siyasəti

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

Baba Pünhanın vəfatından 20 il ötür

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI