"Azərbaycan vətəndaşları Türkiyə xəstəxanalarında güzəştlərə malik olacaq"

14:16 11-12-2019 | icon 481 | İqtisadiyyat
"Azərbaycan vətəndaşları Türkiyə xəstəxanalarında güzəştlərə malik olacaq"

Azərbaycan vətəndaşları Türkiyədə tibbi xidmətlərin ödənişi zamanı güzəştlərə malik olacaq.

 

Versus.Az xəbər verir ki, bunu “MasterCard”ın Azərbaycandakı nümayəndəliyinin rəhbəri Erdem Çakar ilin yekunlarına həsr olunmuş tədbir zamanı deyib.

 

O bildirib ki, Türkiyədə tibbi xidmətlərdən istifadə edən Azərbaycan vətəndaşlarının sayı kifayət qədər çoxdur və bununla əlaqədar olaraq şirkət Türkiyə xəstəxanalarına “MasterCard”la ödəniş edən azərbaycanlılar güzəştlər təqdim olunmasını təklif edib.

 

E.Çakar əlavə edib ki, bır sıra xəstəxanalar bu təklifə müsbət reaksiya verərək güzəştlərin hazırlanmasına başlayıb:

“Bizim məqsədimiz Azərbaycanda nağdsız ödənişlərin sayını artırmaqdır. Bizim bununla bağlı layihələrimiz var və bu barədə yaxın aylarda ətraflı məlumat verəcəyik”.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol