AQTA yeni maarifləndirici videoçarx hazırlayıb

15:48 12-12-2019 | icon 398 | Sosial
AQTA yeni maarifləndirici videoçarx hazırlayıb

AQTA qida təhlükəsizliyi sahəsində maarifləndirmə tədbirləri çərçivəsində "Meyvələrin söhbəti" adlı yeni videoçarx hazırlayıb.

 

AQTA-dan Versus.Az xəbər verir ki, videoçarxın hazırlanmasında əsas məqsəd qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində sahibkarların və istehlakçıların maarifləndirilməsi, eyni zamanda qida zəncirinin bütün mərhələlərində iştirak edən tərəflərin üzərinə düşən məsuliyyət və öhdəliklərin diqqətə çatdırılmasıdır.

 

Təqdim olunan yeni videoçarx bitki mühafizə vasitələrindən düzgün istifadə qaydaları ilə bağlıdır. Videoçarxda bitki mühafizə vasitələrindən istifadə etməzdən öncə mütəxəssis rəyinin alınmasının, eyni zamanda bu vasitələrdən norma və qaydalara uyğun şəkildə istifadə etməyin vacibliyi vurğulanır.

 

Qeyd edək ki, ölkəmizə idxal olunan və təsərrüfatlarda istifadə olunan bitki mühafizə vasitələri və gübrələrə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən dövlət nəzarəti həyata keçirilir.

 

AQTA qida təhlükəsizliyi ilə bağlı əhalinin maarifləndirilməsi istiqamətində həyata keçirdiyi maarifləndirmə tədbirlərində fəal iştirakına görə "HH GROUP" Şirkətlər Qrupuna təşəkkür edir.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı