AFFA İcraiyyə Komitəsinin iclası keçiriləcək

06:41 13-12-2019 | icon 404 | İdman
AFFA İcraiyyə Komitəsinin iclası keçiriləcək

Bu gün AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclası keçiriləcək.

 

Versus.Az xəbər verir ki, yığıncaq qurumun inzibati binasında baş tutacaq. 

 

Tədbir saat 10:00-da başlayacaq. İclasın gündəliyində bir sıra vacib məsələlər yer alıb. Bu səbəbdən ölkə futbol ictimaiyyətinin diqqəti AFFA-ya yönələcək. Milli komandalarla yanaşı, “Qəbələ” klubu ilə bağlı məsələ də gündəlikdə yer alıb.

 

İclasın gündəliyinə aşağıdakı məsələlər daxil olunub:


1. Gəncə şəhər stadionunun ərazisində yeni, standart ölçülü (105x68 m.) süni örtüklü məşq meydanının inşasının başa çatması ilə bağlı məlumat

2. Aşağı yaş qruplarından ibarət milli komandaların baş məşqçiləri ilə əlaqədar müzakirə

3. Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin AVRO-2020-nin seçmə mərhələsi ilə bağlı hesabatı

4. Premyer Liqa klublarına uşaq futbolu üçün UEFA-dan ayrılmış maliyyə vəsaiti ilə bağlı hesabat

5. “Klubların lisenziyalaşdırması üzrə vəsait”in növbəti buraxılışı üçün əlavə və dəyişikliklərin müzakirəsi

6. AVRO-2020-nin Bakıda keçiriləcək oyunlarına hazırlıq prosesi ilə bağlı qısa məlumat

7. AFFA-nın Fair Play mükafatının təsis olunması və Əsasnaməsinin hazırlanması

8. “Azərbaycan Futbolunun Etik Kodeks”inin hazırlanmasının müzakirəsi

9. AFFA-nın Futbol Veteranları Fondunun Əsasnaməsinə uyğun olaraq müvafiq şəxslərə təqaüdün ayrılmasının müzakirəsi

10. “Elit Məşq” kitabı ilə bağlı məlumat

11. AFFA-nın Nizamnaməsinə əlavə və dəyişikliklərlə bağlı təkliflərin hazırlanması

12. “Qəbələ” Futbol Klubu ilə bağlı müzakirə

13. AFFA-nın növbəti Konfransının tarixinin müəyyənləşdirilməsi

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

İtlər hətta simvolları da anlayırlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol