Ekspertlərdən MARAQLI TƏKLİFLƏR

13:05 24-07-2023 | icon 641 | Cəmiyyət
Ekspertlərdən MARAQLI TƏKLİFLƏR

“Uşaq pulu”, ailə məktəbləri, yeni evlilərə ucuz ev...

 

"Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyi Çex Respublikası (Embassy of the Czech Republic in Baku, Azerbaijan) Xarici Işlər Nazirliyinin keçid təşviqi proqramı çərçivəsində "Azərbaycanda gender əsaslı zorakılığa son qoymaq üçün profilaktik tədbirlərin gücləndirilməsi" layihəsini icra edir.

 

Layihə "Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020-2023-cü illər üçün Milli Fəaliyyət Planı"nın 12.2.bəndinin 12.2.2. yarımbəndinə "Məişət zorakılığının yayılma səviyyəsinin və onu törədən səbəblərin öyrənilməsi" və 12.3. Məişət zorakılığının qarşısının alınması və onunla mübarizə sahəsində əməkdaşlıq bəndinin 12.3.1, 12.3.3 yarımbəndlərinə dəstək olaraq həyata keçirilir. 

 

Layihənin hədəf qrupu kişilər, layihənin əsas tərəfdaşı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsidir.

 

Layihə çərçivəsində ZOOM proqramı vasitəsilə ekspertlərlə görüş keçirilib. Dövlət qurumları və QHT təmsilçilərinin, vəkil və müstəqil hüquqşünaların iştirak etdiyi görüşün məqsədi mövzunu ekspertlərlə müzakirə edərək təklifləri toplamaq olub.

 

Müzakirənin gedişində çoxsaylı təkliflər verilib. 

 

Görüşdə iştirak edən  Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Sədaqət Qəhrəmanlı təmsil etdiyi qurumun bələdiyyələrlə iş təcrübəsini bölüşək reablitasiya, zorakılıq törədən şəxslərlə işin aparılması təklifini irəli sürüb. Bildirib ki, ikinci istiqamət zorakılıq mühindəki uşaqlar olmalıdır. Onların reabilitsiyası üçün məktəb və bağçalarla iş aparılmalıdır. 

 

"Prioritet" Sosial İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyinin sədri Zaur İbrahimli  nikahı pozulan və zorakılığa məruz qalan ailələrin sosial-iqtisadi vəziyyətinin qiymətləndirilməsi təklifini irəli sürüb. Bildirib ki, ya ünvanlı sosial yardım artırılmalı, ya da "uşaq pulu" verilməlidir. İkinci təklif ondan ibarət olub ki, yeni ailə quran cütlüklərə, xüsusilə kisilərə psixoloji durum, böhranın idarəolunması məqsədilə pulsuz psixoloji dəstək verilməli, bu, dövlət proqramına daxil edilməlidir. 

 

Vəkil Araz Nurməmmədov ailə məktəblərinin yaradılması təklifini irəli sürüb. Onun fikrncə, QHT-lər mediasiya təşklatı ilə müqavilə bağlayaraq boşanma prosesinə müdaxilə edə bilər. 

 

Müzakirə iştiakçısı Leyla Məmmədova tərəfindən regonlarda təhsildən yayınan qızların aşkarlanması, telekanallarda sosial yüklü verilişlərin hazırlanması təklifi səsləndirilib.

 

Hüquq və İnkişaf İctimai Birliyinin rəhbəri Hafiz Həsənov ailələrin qorunmasına xidmət edən müavinət növü hazırlamaq təklifini irəl sürüb. Bu, aylıq, illik, birdəfəlik ola bilər və hüquqi müdafiənin gücləndirilməsinə xidmət edəcək. 

 

Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım İctimai Birliyinin rəhbəri  Zenfira Mustafayeva yeni qurulan ailələrə möhlət hüququ ilə sosial-kirayə evlərin verilməsi təklifini səsləndirib. Növbəti təklif zorakılıq törədən şəxslərin qeydiyyata alınması, məcburi psixoloqa yönləndirilməsi, mühafizə orderlərinin birdəfəlik verilməsi üçün qanuna dəyişiklik və rüsumun ləğvi olub. 

 

"İslahatçı Qadınlar və İnnovasiyalar" İctimai Birliyinin sədri Vüsalə Hüseynli polislərə təlim keçirilməsi, regionlarda böhran otaqlarının və kişi sığınacağının yaradılması təklifini irəli sürüb. 

 

Hüquqşünas Nasir Əliyev ailə institutlarının yaradılması və nikaha daxil olan insanlarla nikahdan əvvəl görüşlərin keçirilməsi, ictimai vəkilliyin gücləndirilməsi təkliflərini irəl sürüb. 

 

"Quba Regional QHT-lərin Resurs və Təlim Mərkəzi" İctimai Birliyinin Eynulla Xeyrullayev bölgələrdə məşğulluq proqramlarının artırılmasını istəyib. Onun növbəti təklifi pensiya yaşına yenidən baxılması olub. 

 

Hüquqşnas Ağamirzə Bağırov sahə polsiləri ilə işin aparılması,  Ümidli Gələcək Sosial Təşəbbüslər İctimai Birliyi rəhbəri Kəmalə Aşumova cinayət törədənlərin reablitasiyası, ailə yönümlü tokşou təkliflərini irəli sürüb.

 

Qadın Fondunun rəhbəri, Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü Pərvanə Məmmədova ailələr və uşaqlarla işin gücləndirilməsi, "Ailə Dünyası" Ailələrə Hüquqi Yardım İctimai Birliyinin sədri Gulayə Səfərova zorakılıq görümüş uşaqları müəyyən etməsi üçün məktəbdə psixoloqların sayının artırılması, polis- QHT  əməkdaşlığı, bu çərçivədə polisin ərazi üzrə reabilatasiya ilə məşğul olan QHT təmsilçiləriin iştirakı ilə ailələr işin aparılması təkliflərini irəli sürüb. 

 

Müzakinin gedişində kişilər üçün maarifləndirmə və dəstək proqramlarının vacibliyi barədə ortaq rəyə gəlinib. Təkliflərin ümumiləşirilərək əlaqədar qurumlara və ictimai müzakirəyə təqdim olunması qərara alınıb. 

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

Azərbaycanın daha bir qələbəsi

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu