"Bu da bir siyasi mədəniyyət nümunəsidir"

21:53 14-12-2019 | icon 517 | Siyasət
"Bu da bir siyasi mədəniyyət nümunəsidir"

"Müxalifətimiz sivil müxalifət olsaydı, Mehriban xanıma təşəkkür etməyi bir an da yubatmazdı"

 

Versus.Az xəbər verir ki, bunu açıqlamasında Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri Əlisahib Hüseynov bildirib:

 

"Artıq iki aya yaxındır ki, tanınmış hüquq müdafiəçisi Oqtay Gülalıyevin sağlıq durumu ölkədə hər kəsin diqqət mərkəzindədir. Hər kəs onun həyata dönməsi, sağalıb yenidən ailəsinə qovuşması üçün dua edir. Birinci vitse-prezident Mehriban Əliyeva qəzanın baş verdiyi ilk günlərdən Oqtay bəyin sağlıq durumunu diqqətdə saxlayır və məhz onun göstərişi ilə Heydər Əliyev Fondu hüquq müdafiəçisinin müalicə xərclərini öz üzərinə götürüb. Fond bir soydaşımızın həyatının xilas edilməsi üçün nə mümkündürsə hamısını edib. Hətta ailəsinin arzusu nəzərə alınaraq onun müalicəsinin Türkiyədə davam etdirilməsi də anında həllini tapdı. Təbii ki, bütün bunlara görə Fonda təşəkkür etmək lazımdır. Xüsusən də, Mehriban Əliyevanın diqqət və qayğısı təqdirə layiqdir".

 

Əlisahib Hüseynov vurğulayıb ki, müxalifətin normal, sivil müxalifət olsaydı əlbəttə, Mehriban xanıma təşəkkür etməyi bir an da yubatmazdı. Çünki bu da bir siyasi mədəniyyət nümunəsidir:

 

"Ancaq əfsuslar olsun ki, müxalifətdən belə bir davranışı görmədik. Əksinə, AXCP-nin sədri Əli Kərimli sosial şəbəkə üzərindən cəmiyyətə müraciət ünvanlayaraq Oqtay Gülalıyevin müalicəsi üçün pul toplamağı təklif edir. Lakin onun çevrəsindəki partiyadaşlarından, AXCP yetkililərindən biri də durub ona demir ki, ay yoldaş Əli bəy, bizim bu çağırışımız gecikmiş çağırışdır və necə deyərlər, daldan atılan daşın topuğa dəyməsinə bənzəyir. Axı sizin yığacağınız 200-300 manatlıq vəsait heç bir problemi həll etməyəcək. Oqtay bəyin müalicəsi olduqca bahalı müalicədir və miqdarın böyüklüyündən asılı olmayaraq Fond bütün bu xərcləri axıra qədər qarşılayacaq. Sizlər bunu bildiyiniz halda belə, nədən bu cür şouya əl atırsınız ki? Mərhəmət və şükranlıq hissinizi göstərməliykən siyasət yapmayın, bəylər!"

 

LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

Klipi üçün 10 kilo çəki atdı

Nəsibə Zeynalovanın doğum günüdür