Mikelancelosayaq yalan

09:16 19-12-2019 | icon 876 | Köşə
Mikelancelosayaq yalan

"SİYASƏT MEYDANI"nda Cinlərin "Mehmani" oyunu və psixoz "dəliqanlı"

 

İGİD TEYMURLU

 

Bekar olasan, zaman-zaman "siyasi dustaq" yarlığı altında adları hallananların sonrakı addımlarını bir-bir qələmə alıb əvvəlcə onların təəssübkeşləri, sonradansa əleyhdarları olan adamlara təqdim edəsən. Və soruşasan ki, lotu-lotuyana deyin görək, ayə, siz cin dəyişdi?! Axı nədən Qozbel Mediçiləri bu millətə gözəllik mücəssəməsi kimi sırıyırsınız?! Mikelancelonun yalanının ƏVƏZi bu gün də təqdim edilməkdədir...

 

BAXIN, VAXT VAR İDİ Kİ, bu adamlar REALın lideri İlqar bəydən ağızları köpüklənə-köpüklənə danışırdılar. İndi İlqar bəy onlar üçün yad olub...

VAXT VAR İDİ Kİ, İnsanov Əli bunlar üçün korrupsioner, rüşvətxor, qaniçən idi. Düşdü türməyə, oldu imam övladı kimi tərtəmiz, böyrünə "siyasi məhbus" yarlığı vurdular. Həmin bu Əli türmədən çıxanda cəmiyyətdə bir ajiotaj yaradıldı ki, ayə, qoymayın, üstümüzə İrasim gəlir, göy ölümün indi tükü fərqlənəcək, yer yerindən oynayacaq.. Nə oldu, bir az keçəndən sonra da...

VAXT VAR İDİ Kİ, Rauf Arifoğlu bunların başlarının tacı idi, indi görməyə gözləri yoxdu, özü də guya ki, zaman-zaman hədyanlar ünvanladığı bu hakimiyyətdən bir medal alıb keçirildi başa....

VAXT VAR İDİ Kİ, Eynulla Fətullayev deyəndə bu adamlar salavat çöürürdülər, yaxından uzaqdan eşidənlərə Eynulla üçün dualar oxutdururdular. İndi "əuzibillahi min əş şeytanir-racim" deyib, Eynullaya elə mənim kimi lənət oxuyurlar...

VAXT VAT İDİ Kİ, bu adamlar talış qardaşlarımızın adını betdam evliyən Fəxrəddin Abbaszadədən dahi bir publisist qayırmışdılar, damlanandan sonra elə mən deyənə gəlib onu Vətən xaini, separatçı, şovinist kimi çağırdılar...

 

İNDİ DƏ Mehman Hüseynov adlı birisinə gözəllik donu bilirlər, ona məsumluq mücəssəməsi kimi baxırlar. Mehmanı eləyiblər böyük bir ictimai xadim. Edin, bununla işim yox. Neyləmək olar, görə və duya bildikləri qədər budur....

Kül o millətin başına ki, onun ictimai xadimi sizin Mehman kimi olacaq... Mehman Hüseynovu şişirdən də, onu türməyə salıb mazata mindirən də, onu Avropa turnesinə çıxaran da göz görəcək, ağıl duyacaq qədər bəllidir. Mehman kartıyla oynayanlar zaman faktorunu cəmiyyətin əlindən beləcə alıb istədiklərini sərgiləməkdə. Siz də qol götürüb "Mehmani"ni oynayın...

 

Bu gün MEHMANIN siyasi tərbiyəsizliyinə çəpik çalanlar Mehmanı ortaya salan çete ilə eyni yükün daşıyıcılarıdır. Kim idi adı bir namizədin təşviqatla məşğul olduğu andan az qala birbaşa yayım edən? Nə əcəb o biri namizədlərlə belə nüanslar yaşanmadı? Bu hansı Seçki Məcəlləsində yazılıb ki, sənin əlində faktın olmaya-olmaya bir təhsil müəssisəsinin rəhbərinin ünvanına cürbəcür iddialarla çıxış edəsən? Nə əcəb aidiyyatı strukturlar bu məsələnin üstündən belə sükutla keçdilər?..

 

Bu gün MEHMANIN səviyyəsiz davranışlarına çəpik çalanlar, sabah sizin başınıza ondan betər oyunların açılacağı şəksizdir. Çünki bu oyunun təməlini sizlər qoydunuz. Nə olursa-olsun, bir öyrətmənə qarşı belə davranış yolverilməzdir. Bir namizədin psixoz davranış bunca səviyyəsiz şəkildə çıxış etməsi cəmiyyət üçün çox pis nümunədir. Və nə yazıq ki, cəmiyyətin bir qisim kəsimi belə yanlışlığın yanında oldu...

Hətta Əvəz Zeynallı kimi bir jurnalist də Mehmanla bir şəkil paylaşıb bu anı zaman etibarilə özü üçün xoşbəxtliyin zühuru kimi sandı. O paylaşımı edən Əvəz Zeynallı olsa da, ancaq bu, mənim tanıdığım Əvəz Zeynallı deyildi. Zəmanənin cinləri deyəsən Əvəz Zeynallını dəyişib. Çünki inanmıram ki, Əvəz kimi bir Oğlan baş verənlərin mahiyyətini anlamasın. Di gəl ki, o da mehmanlaşıb, lotu-liviyadan lotuyana deyin görək, sizləri çin dəyişib?!

Lütfən , Mikelanceloluq etməyin, sırımaq istədiyiniz gözəllik mücəssəməsinin kötüklüyü hər kəsə bəllidir. Əvəz Zeynallı da Mehman kinosunda bu gün Mikelancelosayaq yalan danışır....

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Almaniyaya səfər məhsuldar keçdi"

Azərbaycanda 1 May Bayramı keçirilə bilər?

MHB-nin Göyçay rayon təşkilatı təsis olundu

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna START

Tibbi arayışlar elektron formaya KEÇDİ

Bu xəstəlik “öpüş” və ya “öpücük” xəstəliyi də adlanır

Tələbələr saqqala görə dərsə BURAXILMADILAR

Sənədsiz evlərlə bağlı YENİLİK

Qərb iç üzünü GÖSTƏRDİ

Bu prospektdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyuldu

Şagirdimiz Sidneydə olimpiada qalibi oldu

Dubayda qeyri-adi sərgi

Azərbaycan Fransadakı səfirini GERİ ÇAĞIRIR?

Azərbaycanda yeni peyvənd VURULACAQ

Türkiyədə daxili aviabiletlər BAHALAŞIB