Bu il yayımçılar daha çox reklam və sponsorluqla bağlı tələbləri pozublar

14:59 25-12-2019 | icon 530 | KİV
Bu il yayımçılar daha çox reklam və sponsorluqla bağlı tələbləri pozublar

“Aparılan monitorinqlər ümumilikdə 2019-cu ili teleradio yayımı sahəsində inkişaf ili kimi dəyərləndirməyə imkan verir”.

 

Versus.Az APA-ya istinadən xəbər verir ki, bunu açıqlamasında Milli Televiziya və Radio Şurasının (MTRŞ) Ekspertiza, proqramlaşdırma və analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov deyib.

 

O bildirib ki, xüsusilə də yayımçıların proqram səbətlərində maarifləndirici layihələrin, geniş spektrli aktual ictimai-siyasi mövzulara həsr olunmuş verilişlərin, publisistik layihələrin, tok-şouların artımı özünü göstərib.

 

Şöbə müdirinin sözlərinə görə, bu isə milli teleradio proqramlarına yerli tamaşaçının marağının artması ilə nəticələnib. 

“Həmçinin müşahidələr onu göstərir ki, maarifləndirici layihələrin, tok-şouların artması bir növ, şou-biznes layihələrini, əyləncəli verilişləri kölgədə qoyub. Teleradio yayımı sahəsində müsbət mənzərənin formalaşmasında dövlət büdcəsindən maliyyələşən yayımçılarla yanaşı, özəl yayımçıların da mühüm rolu vardır. Belə ki, özəl telekanalların efirində yayımlanan  “Yol əhvalatı”, “Əsgər”,  “Marş irəli”, “Yadındamı”, “Rezonans”, “İnam”, “Mövqe”, “Panoram”, “Sirdaş” və s. kimi maarifləndirici veriliş və tok-şoular geniş tamaşaçı marağına səbəb olub. Bundan başqa, Real TV və ARB24 kimi tematik yayım həyata keçirən kanalların fəaliyyəti də müsbət mənada seçilib. Bütün bunlarla yanaşı, il ərzində teleradio yayımı haqqında qanunvericiliyin pozulması halları da az olmayıb. Yayımçılar daha çox reklam və sponsorluqla bağlı tələbləri pozublar. Bəzi hallarda isə qanunvericiliyin milli-mənəvi dəyərlərlə bağlı tələblərinin pozulması halları da müşahidə edilib”, - deyə T.Dadaşov vurğulayıb.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Qarşılıqlı əməkdaşlıq: İmzalanan bəyannamələr, bağlanan sazişlər...

"Gürcüstan inqilaba hamilə deyil"

“Yeni formalaşan parlament daha aktiv olacaq”

ÜMİD ADAM...

Paşinyan Rusiya kanallarını BAĞLAYACAQ

“Heydər Əliyevin 100 illiyi” yubiley medalı təqdim edildi

Kaş Biləsuvarda Əhmədağa Muğanlının heykəli olaydı...

Taksi sayına məhdudiyyət QOYULACAQ

FHN əməliyyat görüntüləri YAYIB

Etirazçılar İrəvana doğru İRƏLİLƏYİR

O kəslər ziyarətə gedərkən CƏRİMƏLƏNƏCƏK Kİ...

Bölgələrdə mənzillər BAHALAŞDI

Biləcəridə evləri su basdı

Murad Arifin yeni DUET ORTAĞI

Rusiya sülhməramlılarının son partiyası da Qarabağı TƏRK EDİR