İnsan Resursları forumu keçiriləcək

12:06 25-04-2018 | icon 206 | Gündəm
İnsan Resursları forumu keçiriləcək

Azərbaycan Banklar Assosiasiyası (ABA) və Azərbaycan İnsan Resursları Cəmiyyətinin (HR Society) birgə təşkilatçılığı, Azərbaycan Beynəlxalq Bankının baş sponsorluğu ilə 4 may 2018-ci il tarixində Bakıda “Human Capital Forum - 2018” keçiriləcək.

 

Azərbaycan Beynəlxalq Bankından Versus.Az-a verilən məlumata görə, belə bir forumun təşkilində məqsəd insan resursları sahəsində çalışan mütəxəssisləri bir araya gətirmək, onların peşəkar inkişafına dəstək vermək, təcrübə mübadiləsi aparmaq, HR sahəsində baş verən yeniliklərlə tanışlıq, onların Azərbaycanda da tətbiqi imkanlarını birgə dəyərləndirmək və bu istiqamətdə müştərək fəaliyyət üçün motivasiya yaratmaqdır.

Tədbirdə maliyyə qurumlarının HR menecerləri, Azərbaycan İnsan Resursları Cəmiyyətinin üzvləri, insan resurslarının idarə olunması sahəsində fəaliyyət göstərən tədqiqatçılar, təlimçilər və məsləhətçilər iştirak edəcəklər.

 

Forum 2 paneldən ibarət olacaq. Burada yerli və xarici spikerlər 10 mövzu üzrə öz təcrübələrini bölüşəcəklər. Digital HR, insan kapitalının formalaşdırılmasında HR menecerlərinin rolu, bu sahədə qiymətləndirmə alətləri, işçi məmnunluğunun əsas amilləri, rəhbər-işçi münasibətlərinin səmərəliliyi, insanların davranış və ünsiyyət tərzlərinin qiymətləndirilməsində dördölçülü davranış modelinin (DİSC) yaratdığı imkanlar, insan resurslarının idarə olunması sahəsində beynəlxalq trendlər və s. müzakirə ediləcək mövzulara daxildir. Forumda təqdimatlarla yanaşı, könüllülərin iştirakı ilə praktik sınaqlar da nümayiş etdiriləcək.

 

Azərbaycan Beynəlxalq Bankının baş sponsor dəstəyi ilə yanaşı, “Prospect ERP” şirkəti də “Human Capital Forum - 2018”-in bürünc tərəfdaşıdır. Bundan başqa, BBN.az saytı, “Yapı Kredi Bank” Azərbaycan, PwC, KPMG, HAY Group, Antaris MMC, “İş Kavramları Danışmanlık” Foruma təşkilati dəstək verir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Turan Qurultayının bağlanışında Türk dünyasına Qarabağ çağırışı

Macarıstanda Azərbaycan sərgisi açılıb

Türkmənistan, Qırğızıstan və Rusiyada yaşayan türk xalqlarının təmsilçiləri ilə görüş

Millət vəkili İraq, Krım, Tatarıstan və Noqay türklərinin təmsilçiləri ilə görüşüb

Buğacın Azərbaycan bölgələrindən biri ilə qardaşlaması təklifi

Bu il 700 bal toplayan abituriyentlər rekord sayda olub

İlk dərs bu mövzulara həsr olunacaq

Bu müəllimlərin məsuliyyəti məsələsinə baxılacaq

Dövlət Əməyin Mühafizəsi Fondu yaradılacaq

Siçanlar üzərində aparılan təcrübə göstərib ki...

Bakının bəzi ərazilərində qaz olmayacaq

Hidrometeorologiya Departamenti xəbərdarlıq edib

İcra başçılarına müraciət ünvanlanıb

"Qafqazinfo.az" - 8

"Azərbaycan üçün ayrıca bir İlqar Məmmədov məsələsi yoxdur"