Şəhid olan əsgərimiz dəfn olunub

13:47 08-01-2020 | icon 844 | Şəhidlər və şahidlər
Şəhid olan əsgərimiz dəfn olunub

Ötən gün Qa­zax rayonunun Quşçu Ayrım kəndi istiqamətində düşmən tərəfindən açılan snayper atəşindən sərhədçi əsgər Fərzəliyev Fərzalı Əlimövsüm oğlu dəfn olunub.

 

Versus.Az xəbər verir ki, dəfn mərasimi Ucar rayonunda doğulduğu Alpı kəndində keçirilir. İzdihamla keçən mərasimdə F.Fərzəliyevin adına dualar oxunub, "Şəhidlər ölməz, vətən bölünməz" şuarları səsləndirilib.

Şəhid adıçəkilən kənddə torpağa tapşırılıb.

 

Xatırladaq ki, Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən Trend-ə verilən məlumata görə, 2020-ci ilin 07 yanvar tarixində saat 14:56 radələrində Qa­zax rayonunun Quşçu Ayrım kəndi istiqamətində düşmən tərəfindən açılan snayper atəşindən sərhədçi əsgər Fərzəliyev Fərzalı Əlimövsüm oğlu şəhid olub.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Yaxşı olardı ki, proporsional seçki sisteminə keçilsin"

1919-cu il sərhədlərinin bərpası fürsətini yaradan AMİL

Ürəkbulanma zamanı SƏHVƏ YOL VERİLİR

Siyasi sabitliyi, dialoq mühitini ifadə edən GÖRÜŞ

Erməni kilsəsi ətrafında gedən OYUNLAR

"Regionlarda işçilərin aldığı maaşlar fərqlənməlidir"

Seçkiöncəsi ŞOK

"Ulu öndərin işığında" - TƏQDİMAT

Müəllim olmaq istəyənlərin NƏZƏRİNƏ

Xankəndinin nəqliyyat planının layihəsi HAZIRLANDI

Aygün "Xarıbülbül" festivalının bağlanışında...

“Cadı” - CineMastercard kinoteatrında Qala gecəsi

Aygün obrazdan obraza girdi - “Maşallah”

Azərbaycan Milli QHT Forumunun YENİ RƏHBƏRİ

Sea Breeze ərazisində ilk dəfə sirk açılacaq