Pensiyalarla bağlı bu şəxslər də SEVİNƏCƏKLƏR

13:01 05-06-2023 | icon 1348 | Cəmiyyət
Pensiyalarla bağlı bu şəxslər də SEVİNƏCƏKLƏR

Fuad Əliyev: "Analoji razılaşmanı digər ölkələrlə də tətbiq etmək lazımdır”

 

“Azərbaycan və Rusiyanın pensiya təminatı sahəsində əməkdaşlıq etməsini müsbət qiymətləndirirəm. Hesab edirəm ki, analoji razılaşmaları digər ölkələrlə də tətbiq etmək lazımdır”.

 

Versus.Az xəbər verir bunu Müstəqil Həmkarlar Birliyinin (MHB) sədri Fuad Əliyev Azərbaycan və Rusiya vətəndaşlarının bu dövlətlərin ərazisində əldə etdikləri pensiya və digər sosial sığorta hüquqlarının tanınması və müdafiəsilə bağlı açıqlamasında bildirib.

 

Fuad Əliyev qeyd edib ki, Rusiya Dövlət Duması pensiya təminatı sahəsində əməkdaşlıq haqqında sazişi ratifikasiya edib:

 

“Bu sazişə əsasən, Azərbaycan vətəndaşlarına pensiya təyin edilərkən Rusiya ərazisində iş staji hesabına daxil olunacaq. Bununla da Azərbaycan vətəndaşları Rusiyada işləyərkən qazandıqları təcrübəni itirmiyəcəklər. Eynilə də Rusiya vətəndaşları”.

 

F.Əliyev vurğulayıb ki, təxminən üç milliyona yaxın azərbaycanlı Rusiyada işləyir Və onlar Azərbaycana qayıtdıqdan sonra pensiya ala bilmirdilər:

 

"Yəni indiyədək Rusiyada işləmiş, lakin pensiya almamış Azərbaycan vətəndaşları da pensiyaları artacağı üçün bu sazişdən yararlanacaqlar. Bununla belə iş stajının olmaması səbəbindən pensiya hüququ əldə etməyən vətəndaşlar belə bir hüquq əldə edə biləcəklər”.

 

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı