“Müxalifət özünü dəyişmədikcə...”

15:32 25-04-2018 | icon 817 | Siyasət
 “Müxalifət özünü dəyişmədikcə...”

 

Qurban Məmmədov: “Özlərini xalqa müxalifətçi və ya lider kimi sırıyanların xalqa çağırış etməyə cəsarətləri yoxdur”

 

“Problem xalqımızda deyil. Reallıq budur ki, bu günədək özünü xalqa müxalifətçi və ya lider kimi sırıyanların xalqa çağırış etməyə cəsarətləri yoxdur”.

 

Versus.Az xəbər verir ki, bunu vəkil Qurban Məmmədov sosial şəbəkədə müxalifəti qınayan statusunda yazıb.

 

O, bildirib ki, kütlə özünəinamı, özünəgüvəni sirayət etdirməyi bacaran, onun qəlbini ehtizasa gətirən, ruhunu oynadan, onda gələcəyə ümid, gücünə inam yaradan lider axtarışındadır:

 

“İndi ortada beləsi yoxdur. Xalq danışanların səsinin tonundan, özlərinin "döyüşkən ruh"undan, səsinin titrəyişindən, seçdiyi ifadələrdən, müxalifətdaxili münasibətlərdən kimin-kim olduğunu gözəl anlayır və ... ehtiyatlanır. Düz də edir. Özünü müxalifət hesab edənlərin, həbsdə və ya Avropada olan başqa müxalifətçi qardaşlarına münasibətini görən xalq nə etməlidir ki?

Xalqda etimad, inam yarada bilməyənlər, fəaliyyətləri, əməlləri və münasibətləri ilə səmimi olduqlarını xalqa sübut edə bilməyənlər, xalqı təşkilatlandırmadan, zəif qüvvə ilə, hazırlıqsız küçələrə çıxardıb döydürərək millətin gözünü qorxudanlar, özləri də bilmədən xofun dərinləşməsinə xidmət edənlər xalqdan dəstək gözləməməlidirlər”.

 

Q.Məmmədov vurğulayıb ki, müxalifət özünü dəyişmədikcə,vəziyyət dəyişməz olaraq qalacaq:

 

“Və erməni xalqının uğuru bizi öz gözümüzdə daim alçaldacaqdır”.

 

Ləman
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

İtlər hətta simvolları da anlayırlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol