Səbirsizliklə sentyabrın gəlişini gözləyirəm

14:35 25-08-2017 | icon 1182 | Uşaq Dünyası
Səbirsizliklə sentyabrın gəlişini gözləyirəm

Salam. Yenə mənəm, Novosibirskidə yaşayan azərbaycanlı Aliyə Abdurazakova.

Bir neçə gündən sonra sentyabr ayıdır. Burada dərslər sentyabrın 1-i başlayır. Və mən səbirsizliklə sentyabrın gəlişini gözləyirəm. Düzdür, tətildə oynamağa, gəzməyə getməyə çoxlu vaxt olur, amma mən məktəbə getməyi də xoşlayıram. Çünki məktəbdə çoxlu yeni nələrsə öyrənirəm.

Müəlliməm tətildə oxumağa kitablar tapşırmışdı. Və mən də hamısını oxumuşam. Oxuduğum hekayələrdən L.N.Tolstoy “Kotyonok”, Bratya Qrimm “Tri brata”, Q.B.Oster “Vrednıye sovetı” və V.Y.Draqunskiy “Deniskinı rasskazı” daha maraqlı idi.

Tətildə balaca bacıma saymaği da oyrətmişəm. Bacım hələ baxçaya getmir, amma Azərbaycan və rus dilində 10-na qədər saymağı bilir. İndi də ingiliscə saymağı öyrədirəm.

Mən özüm də ingilis dili dərsini çox sevirəm. Həmişə əla qiymət alıram. Müəlliməm də həmişə məni uşaqlara nümunə göstərərək deyir ki, görürsüz, Aliyə həm öz dilini bilir, həm rus dilində yaxşı oxuyur, həm də ingilis dilini yaxşı öyrənir.

Hə, bir də rəqsə getməyə də davam edirəm. Oktyabrda konkurs olacaq və biz də ona hazırlaşırıq.

Unutmadan Azərbaycandakı dostlarıma da dərslərində uğurlar arzulayıram. Orada dərslər sentyabrın 15-i başlayır, mən də öncədən onları da təbrik edirəm.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Almaniyaya səfər məhsuldar keçdi"

Azərbaycanda 1 May Bayramı keçirilə bilər?

MHB-nin Göyçay rayon təşkilatı təsis olundu

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna START

Tibbi arayışlar elektron formaya KEÇDİ

Bu xəstəlik “öpüş” və ya “öpücük” xəstəliyi də adlanır

Tələbələr saqqala görə dərsə BURAXILMADILAR

Sənədsiz evlərlə bağlı YENİLİK

Qərb iç üzünü GÖSTƏRDİ

Şagirdimiz Sidneydə olimpiada qalibi oldu

Bu prospektdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyuldu

Dubayda qeyri-adi sərgi

Azərbaycan Fransadakı səfirini GERİ ÇAĞIRIR?

Türkiyədə daxili aviabiletlər BAHALAŞIB

Azərbaycanda yeni peyvənd VURULACAQ