Tarix Muzeyi "Könüllülər İli"ndə ilk xeyriyyə tədbirinə start verdi

11:08 13-01-2020 | icon 1340 | Mədəniyyət
Tarix Muzeyi "Könüllülər İli"ndə ilk xeyriyyə tədbirinə start verdi

AMEA Milli Azərbaycan Tarixi Muzeyi (MATM) öz elmi-kütləvi fəalliyyəti ilə yanaşı H.Z.Tağıyev irsinin davamçısı və təmsilçisi kimi xeyriyyə işlərinə də diqqət ayırır.

 

Versus.Az-ın məlumatına görə, muzey əməkdaşları 1 saylı Sağlamlıq İmkanları Məhdud Uşaqlar üçün Sosial Xidmət Müəssisəsini ziyarət ediblər.

 

Muzeyin bu təşəbbüsü cənab Prezident İlham Əliyevin 2020-ci ili "Könüllülər ili" elan edən müvafiq sərancamına uyğun keçirilib.

 

Tədbirdə çıxış edən MATM-nin Elmi-kütləvi iş və təhsil şöbəsinin müdiri Fəridə Şəmsi qeyd etdi ki, bu tədbir öz 100 illiyini qeyd etməyə hazırlaşan Muzeyin uşaqlara daha çox diqqət və qayğı göstərməsinin sübutudur.

 

Qeyd olundu ki, Muzey əməkdaşlarının ianəsi ilə toplanan vəsaitlə sosial xidmət müəssisəsinin 176 uşağına isti geyim dəsti və bir günlük yemək təşkil edilib.

 

Tədbirdə çıxış edən Sosial Xidmət Müəssisəsinin direktoru Sevinc Məlikova bu tədbiri 2020-ci il könüllülərinin ilk xeyriyyə tədbiri adlandırdı. Həmçinin rəhbərlik etdiyi müəssisənin müəllim və uşaq kollektivi adından Muzeyin direktoru, akademik Nailə Vəlixanlıya və muzey kollektivinə öz minnətdarlığını bildirib, təşəkkür etdi.

 

Tədbirdə Qədim Musiqi Alətləri Ansamblının rəhbəri, xalq artisti Munis Şərifov və musiqiçi Pərviz Hacıbəyovun xüsusi rol oynadığı musiqili əyləncə də təşkil edilib.

AYƏNDƏ DADAŞOVA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

Baba Pünhanın vəfatından 20 il ötür

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

Azərbaycanın daha bir qələbəsi

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI