Avropanı nə narahat edir? - Versus.Az-ın ORTAQ MƏXRƏCində

19:03 25-04-2018 | icon 1244 | Siyasət
Avropanı nə narahat edir? - Versus.Az-ın ORTAQ MƏXRƏCində

 

Avropa Şurası Türkiyədə keçiriləcək seçkilərin ertələnməsindən niyə narahatdır və burada əsas məqsəd nə ola bilər?

 

“Avropa Birliyi, Avropa Şurası və digər Qərb təşkilatlarının narahatlığı bundan ibarətdir”

 

Politoloq Nəzakət Məmmədova Avropa Şurasının Türkiyədə  seçkilərin fövqəladə vəziyyət rejimində keçirilməsinin nəticələrə təsir edəcəyindən narahat olduğunu bildirib:

 

“Avropa Birliyi fövqəladə vəziyyət rejiminin uzadılmasını tənqid etmişdi. Eyni zamanda Hollandiya, Avstriya və Almaniya Türkiyəyə öz ərazilərində seçki təbliğatı aparmağa icazə verməyəcək. Görünür ki, Ərdoğanın inamlı qələbə qazanmaq şansları, MHP istisna olmaqla digər rəqib partiyaların seçkilərdən məğlub durumda çıxa biləcəyi ehtimalı Qərbi narahat edir. Onlar Ərdoğan iqtidarını zəiflətmək üçün müxtəlif planlar həyata keçiriblər. Belə ki, dövlət çevrilişi cəhdi göstərdi ki, İyi Partiyə, CHP-yə, HDP-yə dəstək verdilər və s. Lakin bunların heç bir nəticəsi olmadı və əksinə, Ərdoğanın və partiyasının reytinqi xeyli yüksəlib və seçkilərdə qələbə şansı böyükdür. Odur ki, Avropa ona baş əyməyən, onunla hesablaşmayan bir liderin hakimiyyətdən getməsini planlaşdırdığı halda, Ərdoğan növbəti bir ağıllı gediş etdi və planların üstündən xətt çəkdi. Avropa Birliyi, Avropa Şurası və digər Qərb təşkilatlarının narahatlığı bundan ibarətdir”.

 

“Avropa Şurasının narahatlıqları dilə gətirməsi çox normaldır”

 

Türkiyə Liberal Demokrat Partiyasının sədri Gültəkin Tırpancı  mövzu ilə əlaqədar bildirib ki, Avropa Şurasının erkən seçkilərlə bağlı narahatlıqlarını dilə gətirməsi çox normaldır:

 

“Çünki Türkiyədə tətbiq olunan fövqəladə hal və belə bir vəziyyətdə seçkinin bərabər şərtlərlə keçirilməsinin mümkünlüyü ilə bağlı qeyri-müəyyənliklər var. Partiyamızda da buna bənzər narahatlıqlar var. Biz təbii ki, təbliğat məsələsində və hələ seçimlərdə iştirak edib etməməyimizlə bağlı suala cavab verməkdən narahatlıq duyuruq. Hazırda bu qeyri-müəyyənliklər səbəbindən yol xəritəmizi necə həyata keçirəcəyimizi müəyyənləşdirməyə çalışırıq. Seçkidə hər şeyə Yüksək Seçim Kurumu qərar vercəyi üçün qeyri-müəyyənliklərin həll ediləcəyini gözləyirik”.

 

“Türkiyənin regionda artan nüfuzunu bəzi Avropa ölkələri, o cümlədən ABŞ həzm edə bilmir”

 

Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev bildirib ki, Türkiyənin güclənməsini istəməyən ölkələr indi də onu qeyri-demokratik seçkilər keçirməklə qınayaraq daxili işinə qarışmağa cəhd edirlər. Türkiyə rəsmiləri Binəli Yıldırımın şəxsində Avropa Şurasına bu qısqanc yanaşmasına adekvat cavabını verib:

 

“Türkiyə son 10 ildə regionun əsas oyunçusuna çevrilib və müstəqil siyasətini qoruyub saxlaya bilib. Bu gün isə istər İraqda, istərsə də Suriyada siyasi-iqtisadi problemlər Türkiyəsız həll oluna bilməz. Türkiyənin regionda artan nüfuzunu bəzi Avropa ölkələri, o cümlədən ABŞ həzm edə bilmir. Eləcə də, Türkiyənin Qarabağ məsələsində qəti mövqeyi də bu ölkələr tərəfindən müsbət qəbul olunmur. Digər tərəfdən Rusiya ilə əlaqələrin genişlənməsi və dərinləşməsi bu ölkələri qıcıqlandırır. ABŞ-dan qızıl ehtyatlarını çıxaran Türkiyə öz müstəqilliyini gorumaq üçün çox vacib addımı atdı”.

 

“Bu seçki Türkiyənin daxili işidir”

 

Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev bildirib ki, Qərb strukturlarının Türkiyəyə qarşı mövqeyi məlumdur:

 

“Onlar Türkiyənin güclənməsinə həvəslə yanaşmırlar. Ərdoğanı sevmirlər desək, yanılmarıq. Narahatlıq mənbəyi yalnız bu ola bilər. İzlədiyim qədər bütün hüquqi prosedurlar gözlənilir, seçkidən kənarda qalan yoxdur. Nədən narahatdırlar ki? Bu seçki Türkiyənin daxili işidir”.

 

“Seçkilərin təxirə salınması ilə Türkiyədə siyasi böhran üçün şərait yaratmağa çalışırlar”

 

Demokratik Azərbaycan Dünyası Partiyasının sədri Əlisahib Hüseynov bildirib ki, AŞPA-nın seçkilərin ertələnməsi ilə bağlı narahatlığı Rəcəb Tayyib Ərdoğanın prezident seçkilərində qələbəsini önləmək, əngəlləmək niyyətləri ilə bağlıdır:

 

“Məsələ burasındadır ki, seçkilərin vaxtının dəyişdirilməsi və iyunun 24-nə təyin edilməsi həm AŞPA-nın, həm də digər beynəlxalq siyasi güclərin Ərdoğanın siyasi perspektivi, Türkiyənin gələcəyi ilə bağlı məkrli planlarını, niyyətlərini alt-üst edir, puça çıxarır. Çeçki vaxtın ertələnməsinin guya ki, seçkilərin demokratikliyinə xələl gətirəcəyi barədə fikirlər və iddialar isə AŞPA-nın siyasi demaqoqluğundan və bəhanədən başqa bir şey deyil.

Ortada Suriya faktoru da var. AŞPA və digər siyasi dairələr növbədənkənar seçkilərin təxirə salınması ilə Türkiyədə siyasi böhran üçün şərait yaratmağa çalışırlar. Türkiyənin hazırki iqtidarının başı ölkədəki siyasi böhrana qarışdığında isə Türkiyənin Suriya ilə bağlı proseslərdə aktivliyi zəifləyəcək və eyni zamanda da türk hərbçilərinin Afrində, Membicdə antiterror əməliyyatlarına son qoyulmuş olacaq. Məqsəd bundan ibarətdir. Ancaq Türkiyə iqtidarı da Avropa Şurasının bu tələb və məqsədlərini yaxşı dərk edir. Odur ki, Avropa Şurasının bu çağırışı havadan asılı vəziyyətdə qalacaq. Siyasətin təcrübəli “qrossmeyestri” Ərdoğanı bu cür cılız və həm də məkrli oyunlara gətirmək mümkün deyil”.

 

T.Qafarlı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Ən sürətli qol

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin