Rauf Arifoğlunun kötükdən büt yapanları

20:23 16-01-2020 | icon 1509 | Köşə
Rauf Arifoğlunun kötükdən büt yapanları

"Eyni materialdan olanlar"la bağlı birinci yazı

 İGİD TEYMURLU

 

"…Biz meydanlardan çıxmışıq, eyni materialdan olan insanlarıq"...

 

Bunu Rauf Arifoğluna dəstək verən Vətəndaş və İnkişaf Partiyası.... Burada bir az dayanın. Bu yazını oxuyan kəslər, gedin Əli Əliyevin 3-4 nəfərlik "partiya" dediyi qrupunun fəaliyyətinə də baxın, şəhər saat 8-dən axşam saat 9-a qədər yüzlərlə insanın ziyarət etdikləri İqbal Ağazadənin seçki QƏRARGAHINA da baxın, sonra özünüz qiymət verin. İnanıram Kİ, elə Əli bəyin özü də bu səhnəni görüb susmaq məcburiyyətində qalar....

 

Rəhmətlik "Elçibəyə xəyanət edən pənahlar", guya Kİ, neftçilərin hüquqlarını müdafiə edən, bir zamanlar Rəsul Quliyevdən büt düzəldən mirvarilər, Qarabağ problemindən özünə komufulyaj geyinib siyasi sferada özünü gündəmdə saxlamağa çalışan akifnağıların bu gün Raf Arifoğlunun guya Kİ, yanında olmaları əslində siyasi riyakarlıqdan başqa bir şey deyil. Sadəcə olaraq, Arifoğlunun əlində olan media qurumunun varlığı bu Adamları onun qarşısına tərəfdaş kimi çıxarıb. İndi həmin kəslər meşədə böyüklüyünü gördükləri AĞACDAN bəy düzəldib səcdə edirlər....

 

Əli Əliyevin mətbu açıqlamalarına istinad etsək, guya Kİ, dövlət başçısı İlham Əliyevin addımlarını bəyənmir, amma Rauf Arifoğlu indi onu müdafiə edən Əli Əliyevin bəyənmədiyi cənab Əliyevdən orden almağı özünə şərəf bilir. Öyləsə, onda siz necə "eyni material"dansınız, cənab Əli Əliyev?..

 

Akif Nağı 30 ildir Kİ, erməni tapdağı altında Qarabağın şotuna para qazanıb gününü keçirir. Rauf Arifoğludan döyüşçü obrazı formalaşdırmağa çalışır? Bu haqda müfəssəl məlumata malik olmasam da, ancaq Rauf bəyin " Qurtuluş" batalyonunun komandirini heç yada belə salmamasını belə mətbuatda görmüşəm. Açın Rauf bəyin qəzetlərini, görün neçə məqalə Qarabağa, itirilmiş yurd yerlərimizə, tariximizə, ədəbiyyatımıza, mənəviyyatımıza həsr olunub?

 

Öz AYIBINIZA sığının, vallah ayıbdır...

 

Qardaşım, siz həmin Əli Əliyevsiniz ki, elə mənə verdiyiniz müsahibələrdə vurğulayırdınız ki, "..mən adam tanıyıram Kİ, məni hakimiyyətə gətirin, "Madrid prinsipləri"ylə Dağlıq Qarabağı verim erməniyə deyib" deyirdiniz...

 

Bunu deyən 6 partiyanı daim mədh edən, haqqında sicilləmələr yazan, rəhmətlik Heydər Əliyev hakimiyyəti haqqında ağına-bozuna baxmadan öz əxlaqı səviyyəsində ifadələr işlədən indi təriflədiyiniz Rauf Arifoğlu olmayıbmı, cənab Əli Əliyev, xanım Qəhrəmanlı və cənab Pənah Hüseyn?. Əzizlərim, parlamentin formalaşdırılması demokratiyaya keçidin əsas siyasi mexanizmlərindən biridir. Öyləsə nədən əvvəki çağırışlarda sizlər parlamentin formalaşdırılması məsələsinə indiki kimi sayğıyla yanaşmadınız? Əksinə, parlamentə qatılan İqbal Ağazadəni, Sabir Rüstəmxanlını və digərlərini "hakimiyyətə işləmək"də suçladınız. Özü də elə həmin bu mətbuatımızın saqqallı personajlarının rəhbərlik etdikləri qəzetlərdə? Elə indi də həmin hakimiyyət iqtidardadır da. İndi nə dəyişib Kİ?..

 

Cənab Pənah Hüseyn, Sabir Rüstəmxanlı haqqında kiçicik tənqidə yazıya görə rəhmətlik Əbülfəz Elçibəy "Azadlıq" qəzetinin yurnalistinə "sən əxlaqını yedinmi ki, Sabir Rüstəmxanlı haqqında belə sözlər yazdın!?" Demişdi. Amma Sizlər və Sizlərin Rauf Arifoğlunuz illər boyu Sabir Rüstəmxanlı haqqında öz boyunuza yaraşan və öz çəkinizin qədərindən də artıq hədyanlar yağdırdınız? Eləcə də İqbal bəy haqqında. Öyləsə, sizlərə indiki davranışınız fonunda rəhmətlik Elçibəyin Ruhu "əxlaqınızı yedinizmi!?" Deməzmi, bəylər?.. Mənə maraqlıdır, günün birində öz övladı Rauf Arifoğlundan "ata, axı sən İqbal əmiyə "xlebnikim" deyirdin, "20 illik dostum" deyirdin, öyləsə indi nədən ona qarşı çıxdın?" Deyə sual etsə, sizin qəhrəmanınız öz ciyərparasına nə cavab verəcək!? Deyəcək ki, övladım, bu, siyasətdir, həə!?... Bax gördünüz Kİ, elə bu yanaşmanın fonunda da sizlər və Sizlərin Rauf Arifoğlunuz mətbuata söyüş və qarğış, şər, böhtan variantını gətirdiyiniz kimi siyasətə də belə iyrənc metodları gətirdiniz... Əli bəyin dediyi kimi, etiraf etdiyiniz kimi "eyni material"dan olsanız da, lütfən, heç olmasa öz ayıbınızdan utanacaq qədər böyük olun, bəylər!..

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür