O, yalnız seçkidən seçkiyə deyil, hər zaman seçicilərinin yanında oldu

12:51 18-01-2020 | icon 2663 | Gündəm
O, yalnız seçkidən seçkiyə deyil, hər zaman seçicilərinin yanında oldu

105 saylı Tovuz Seçki Dairəsindən deputatlığa namizəd, millət vəkili Qənirə Paşayeva rayonun Qədirli, Qaraxanlı, Düz Cırdaxan və Cəlilli kənd sakinləri ilə görüşüb.

 
 
Versus.Az xəbər verir ki, kəndləri gəzərək sakinlərlə görüşən Qənirə Paşayeva yalnız seçkidən seçkiyə deyil, hər zaman seçicilərinin yanında olub, onların qayğıları ilə maraqlanıb.
 
 
Görüşlərdə "bu illər ərzində ailənizin bir üzvü oldum, sevincinizə sevindim, kədərinizi paylaşdım, problemlərinizin həlli üçün əlimdən gələni etməyə çalışdım" deyən Qənirə xanım bundan sonra da bu cür görüşlərin davamlı olacağını vurğulayıb.
 
 
Q.Paşayeva seçiciləriylə görüşdə onların qayğılarını dinləyib. Bildirib ki, ölkəmiz günü-gündən güclənir və yaxın zamanlarda həllini gözləyən problemlər də öz həllini tapacaq.
 
 
Q.Paşayeva Azərbaycanın bölgədə və dünyada artan nüfuzu, beynəlxalq siyasətdə Azərbaycanın rolu və yeri haqqında, bütün ölkədə, eləcə də 105 saylı Tovuz seçki dairəsi ərazisində və ümumiyyətlə Tovuz rayonunda cənab Prezidentimizin rəhbərliyi altında dövlət tərəfindən həyata keçirilmiş böyük işlər, önəmli layihələri vurğulayaraq rayonun daha da inkişafı istiqamətində işlərin daha da sürətlənəcəyini deyib. O, bildirib ki, 14 illik fəaliyyəti dövründə Qədirli, Qaraxanlı, Düz Cırdaxan və Cəlilli kənd sakinlərinin sağlamlıqla, təhsillə və bir sıra digər problemlərlə bağlı yüzlərlə məktubu və birbaşa müraciətinin müsbət həll olunması üçün əlindən gələni edib. Qənirə xanım bildirib ki, kənd sakinləri, ümumiyyətlə tovuzlular yenidən ona etimad göstərərlərsə, gələcəkdə də onları və bütövlükdə ölkəmizi daim layiqincə və ləyaqətlə təmsil etmək üçün əlindən gələni əsirgəməyəcək.
 
 
Sakinləri parlament seçkilərində fəal iştirak etməyə çağıran deputatlığa namizəd bütün seçkilərdə vətəndaşların fəal iştirakını onların Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsinə verdikləri dəyərli töhfə kimi qiymətləndirib.
 
Görüşdə yüzlərlə kənd sakini, ziyalılar Qənirə xanımın təkcə rayon səviyyəsində deyil, respublika səviyyəsində də 14 illik fəaliyyətini, onlarla mütəmadi olaraq görüşməsini, onların problemlərinin həlli istiqamətində daim əlindən gələni etməyə çalışmasını yüksək qiymətləndirdiklərini vurğulayaraq yenidən ona etimad göstərəcəklərini, ona səs verəcəklərini deyiblər.
 
 
 
Q.Paşayeva görüş zamanı ona müraciət edən xəstələrin yüksək səviyyəli müalicə almaları üçün müvafiq qurumlara müraciət edərək həllinə dəstək olmağa çalışıb. Q.Paşayeva həmçinin hər 3 kənddə yaşayan bir sıra fiziki imkanları məhdud insanlarla da görüşüb, onların qayğıları ilə maraqlanıb.
 
 
Şəhid ailələri, müharibə əlil və veteranlarını da ziyarət edən Qənirə xanım onların qayğı və problemləri ilə maraqlanıb. "Sizin dəstəyiniz mənim üçün mənəvi olaraq çox önəmli dəstəkdir" deyən Q.Paşayeva hər birinə göstərdikləri dəstək və etimaddan dolayı təşəkkürünü bildirib.
 
 
Görüşlər zamanı seçicilər yenə seçimlərinin Qənirə Paşayeva olacağını deyiblər və ona uğurlar diləyiblər.
 
 
Arzu Zeynallı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Ən sürətli qol

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin