ƏLİSAHİB HÜSEYNOV başladı!

20:53 18-01-2020 | icon 2703 | Gündəm
ƏLİSAHİB HÜSEYNOV başladı!

"Prezidentin başlatdığı islahatlar prosesinə dünənin qazisi, sabahın millət vəkili kimi dəstək vermək istəyirəm"

 

Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri, 125 saylı Zəngilan-Qubadlı seçki dairəsindən namizəd Əlisahib Hüseynov "facebook" hesabında təbliğat-təşviqat işlərinə başladıqlarından yazıb.

 

Versus.Az Ə.Hüseynovun təbliğatla bağlı fikirlərini təqdim edir:

 

"Beləliklə, günlərdir gözlədiyimiz an yetişdi. Artıq real iş görmək vaxtıdır. Parlament seçkilərinin əsas mərhələsi - təbliğat və təşviğat kampaniyası başladı. Başqa sözlə desək, parlament marafonu başlandı. Biz də 125 saylı Zəngilan-Qubadlı Seçki Dairəsindən deputatlığa namizəd olaraq təbliğat-təşviqat kampaniyamıza start verdik. Dövlətimizə, millətimizə, seçicilərimizə xeyirli-uğurlu olsun!

 

Bundan əvvəlki mərhələləri - imzaların toplanması, namizədliyimizin qeydə alınması, təbliğat üçün hazırlıqların görülməsi, müşahidəçilərin toplanması, vəkillərin təyin edilməsi mərhələlərini uğurla keçdik. Komanda olaraq yaxşı işlədik. Bu baxımdan komanda üzvlərimizin hər birinə ayrıca təşəkkür edirəm!

 

Dairə Seçki Komissiyasının rəhbərliyinə və üzvlərinə də öz təşəkkürlərimi bildirirəm. Çünki onlarla da tam qarşılıqlı hörmət və anlayış şəraitində işlədik. Heç bir süni əngəllərlə qarşılaşmadıq. Bürokratik problemlər yaşamadıq. Namizədlərin qeydə alınması prosesi tam demokratik şəraitdə keçdi.

 

Mən fürsətdən istifadə edib bütün namizədlərə, həmçinin DADP-nin üzvü olan namizədlərə və eləcə də 125 saylı Zəngilan-Qubadlı seçki dairəsindən öz namizədliyini irəli sürən şəxslərin də hər birinə uğrular arzulayıram. Bu, bir demokratik yarışdır. Ümid edirəm ki, bu yarışda, seçicilərin səsini qazanmaq uğrunda rəqabət prosesində hər birimiz sivil qaydada, etik normalar çərçivəsində mübarizə aparacaq və bir-birimizə qarşı sayğı ilə yanaşacağıq. Əminəm ki, halallıqla mübarizə aparacayıq. Bu seçkilərə haram qatan şəxslər Millətimizə, Dövlətimizə, Prezidentimizə xəyanət etmiş sayılacaqlar!

 

Mən niyə millət vəkili olmaq istəyirəm? Çünki Prezidentin başlatdığı islahatlar prosesinə dünənin qazisi, sabahın millət vəkili kimi dəstək vermək istəyirəm. Mən məcburi köçkünlərimiz üçün hər şey daha yaxşı olsun deyə yola çıxıram. Və bu prosesdə kimlər yanımızda olmaq istəyirsə, qapılarımız üzlərinə açıqdır. Kampaniyamıza dəstək vermək istəyən hər kəsi Seçki qərargahımıza və 125 saylı dairəyə dəvət edirəm. Gəlin 9 fevral seçkilərində qələbəmizə birlikdə imza ataq.

Allah qələbəni bizdən əsirgəməsin.

Uğur bizimlə olsun!

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Azərbaycanın daha bir qələbəsi

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI