Müdafiə Sənayesi Nazirliyində 20 Yanvar faciəsi anılıb

21:33 18-01-2020 | icon 595 | Siyasət
Müdafiə Sənayesi Nazirliyində 20 Yanvar faciəsi anılıb

Yanvarın 16-da Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin akt zalında 20 Yanvar faciəsinin otuzuncu ildönümünə həsr edilmiş anım mərasimi təşkil olunub.

 

Versus.Az Müdafiə Sənayesi Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, anım mərasimində faciə qurbanlarının və Azərbaycan xalqının azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçmiş oğul və qızlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Nazir Mədət Quliyev çıxış edərək bildirib ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet İttifaqının qoşunları fövqəladə vəziyyət elan edilmədən Bakı şəhərinə yeridilib, dinc əhali xüsusi amansızlıqla qətlə yetirilib, yüzlərlə insan yaralanıb və itkin düşüb.

 

Diqqətə çatdırılıb ki, bu qanlı hadisəyə ilk olaraq öz münasibətini bildirən şəxs məhz ulu öndər Heydər Əliyev olmuşdur. Faciənin ertəsi günü ulu öndər həyatını təhlükə qarşısında qoyaraq, Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək qanlı faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında qəzəblə qınayıb, ifşaedici və cəsarətli bəyanat verib. Ümummilli lider bu bəyanatı verməklə kəskin təzyiq və təsirlərə məruz qalacağını gözləri önünə gətirsə də, özünəməxsus qətiyyət və cəsarət nümayiş etdirib. 1993-cü ildə Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra isə 1990-cı ilin qanlı Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verilib. Baş verənləri Azərbaycana qarşı törədilmiş bəşəri cinayət adlandıran Heydər Əliyev xalqımızın həyatında dərin hüzn törətməsinə baxmayaraq, 20 Yanvar hadisəsini tarixi qəhrəmanlıq nümunəsi kimi qiymətləndirib.

 

Anım mərasimində tədbir iştirakçılarının diqqətinə çatdırılıb ki, bu qanlı əməllər Azərbaycan xalqının iradəsini qıra bilməyib, əksinə Qanlı Yanvar faciəsi milli azadlıq hərəkatının daha da yüksəlməsinə və nəticədə Azərbaycanın müstəqilliyini bərpa etməsinə gətirib çıxarıb. 20 Yanvar hadisələri Azərbaycanın müstəqilliyi uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi həkk olunub, respublikamızın müstəqilliyi və suverenliyinin simvoluna çevrilib. Həmin gün Azərbaycan xalqı istiqlal əzmini ortaya qoyaraq, öz mübarizliyini, məğrurluğunu bütün dünyaya nümayiş etdirib.

 

Tədbirin sonunda Nazirliyin kollektivi 20 Yanvar faciəsinin qurbanlarına həsr edilmiş sənədli film izləyib.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Almaniya səfərdə Fransanı məğlub etdi