Alimlər mübahisələrə son qoydu

07:47 19-01-2020 | icon 558 | Maraqlı
Alimlər mübahisələrə son qoydu

ABŞ-ın Yels universitetindən olan tədqiqatçılar qrupu hesab edir ki, dinozavrların ölümünün yeganə səbəbi nəhəng meteoritin düşməsidir.

 

Bu barədə CNN məlumat yayıb.

 

90-cı illərin əvvəlindən etibarən Meksikadakı Yukatan yarımadasında nəhəng krater tapıldıqdan sonra alimlər Yerə 66 milyon il öncə çırpılan asteroidin dinozavrları və həmçinin planetimizdə həyatın böyük hissəsini məhv etdiyinə əmin idilər. Lakin dinozavrların yoxa çıxmasının dəqiq səbəbi digər alimlər qrupunun bu canlıların ölümünə kütləvi vulkan püskürməsinin səbəb olduğunu söyləməsindən sonra müəyyən edilə bilməyib.

 

Yels universitetinin rəhbərliyi ilə aparılan araşdırmalarda qlobal temperatur dəyişiklikləri və iqlim effekti modelləri əsasında dəniz qalıqlarından karbon izotoplarının mövcudluğu müqayisə edilib. Alimlər müəyyən ediblər ki, bu qazın atmosferə buraxılmasının 50 faizi və daha çoxu asteroid zərbəsindən əvvəl baş verib. Alimlər, həmçinin, vulkan püskürməsinin və lava axınlarının ekoloji sistemi zəiflətdiyini lakin praktiki olaraq dinozavrlara təsiri olmadığını söyləyib.

 

“Bir çox insanlar ehtimal edir ki, günahkar vulkanlardır. Ancaq biz deyirik ki, bunu onlar etməyib”, - alimlər qrupu qeyd edib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür