“Ağrısız lifma düyünləri bir çox hallarda xərçəngin əlaməti ola bilər”

04:19 22-01-2020 | icon 14006 | Sağlamlıq
“Ağrısız lifma düyünləri bir çox hallarda xərçəngin əlaməti ola bilər”

Nərminə Abbasova: “Kəskin limfadenit limfa düyünün böyüməsinə və kəskin ağrılara səbəb olur”

 

“Limfa düyünləri orqanizmin immun sisteminə aiddir. Limfa düyünləri orqanizmdə çox mühüm müdafiə funksiyanı yerinə yetirir, filtr kimi işləyir - mikrobları, infeksiyaları və xərçəng hüceyrələri tutur və zərərsizləşdirir.

 

 

Limfa düyünləri haqqında Versus.Az-ın oxucularına danışan Mayomed Fizioterapiya və Reabilitasiya Klinikasının baş həkimi, həkim-terapevt NƏRMİNƏ ABBASOVA bildirdi ki, orqanizmdə bir neçə limfa düyünləri qrupları mövcuddur. Belə ki, limfa düyünləri boyun nahiyəsində, dirsək büküşündə, qoltuq altında, diz büküşündə, qasıq nahiyəsində yerləşir. Qarın və döş boşluqlarında da çoxlu sayda limfa düyünləri var:

 

“Limfa düyünlərinin iltihabı "limfadenit" adlandırılır. Limfadenit əksər hallarda qoltuqaltı, qasıq, boyun və çənəaltı limfa düyünlərində inkişaf edir. Orqanizmin istənilən yerində olan infeksiya ocağı - dəridə irinli yara, tromboflebit, çiban, trofik xora və sair - limfadenitin inkişafına səbəb ola bilər. Bu ocaqdan mikroblar limfa və ya qan axını ilə limfa düyünlərinə düşür ki, burada iltihab yaranır. İltihab həmçinin bilavasitə limfa düyünün zədələnməsi nəticəsində inkişaf edə bilər”.

 

Nərminə xanım vurğuladı ki, Limfadenit kəskin və xroniki ola bilər. Həkimin sözlərinə görə, kəskin limfadenit limfa düyünün böyüməsinə və kəskin ağrılara səbəb olur:

 

“Düyünün yanında yerləşən bədən hissəsinin hərəkətliliyi azalır. İnsanı ümumi zəiflik, baş ağrısı narahat edir, bədən hərarəti qalxır. Xəstəlik inkişaf etdikçə limfa düyünün toxumasında irinlı prosess başlaya bilər. İrinli limfadenit zamanı ağrı çox kəskin olur, dəri bu yerdə al-qırmızı rəng alır, hərarət yüksək qalxır, düyünlər bərkiyir, toxunduqda ağrı verir. Limfa düyünləri biri-biri ilə və ətrafdakı toxumalarla birləşir, hərəkətsiz olur”.

 

İrinli limfadenitin çox təhlükəli olduğunu bildirən həkim-terapevt qeyd etdi ki, patoloji mikroorqanizmlər buradan qan və limfa axını ilə orqanizmin istənilən nahiyələrinə yayıla bilər ki, nəticədə xəstədə osteomielit - yəni sümük toxumasının iltihabı, eləcə də ensefalit – yəni beyinin iltihabı və meningit – yəni beyin qişalarının iltihabı, hətta sepsis inkişaf edə bilər. Həkimin sözlərinə görə, nəticədə insan əlil qala bilər və ya hətta həlak ola bilər:

 

“Bu səbəbdən limfadenitin ilk simptomlarında - limfa düyünün böyüməsi, ödem, hərarətin qalxması zamanı dərhal həkimə müraciət etmək lazımdır. Xroniki limfadenitin səbəbi əksər hallarda orqanizmdə olan xroniki infeksiya ocaqlarıdır - xroniki tozillit, kariesli dişlər və sair. Xroniki limfadenit zamanı simptomlar daha zəif olur - hərarət 37 C kimi qalxır, zədələnmiş limfa düyünləri nahiyəsində yüngül şişkinlik olur. Xroniki limfadenit adətən irinli formaya keçmir.

Nəzərinizə çatdıraq ki, bəzən vərəm xəstəliyi, şiş proseslərinin simptomları limfadenitin simptomlarına bənzəyir. Bu səbəbdən limfadenitin ilk simptomlarında həkimə müraciət etmək çox vacibdir”.

 

Nərminə xanım bildirdi ki, kəskin limfadenitin müalicəsi onun mərhələsindən asılıdır. Xəstəliyin əvvəlində fizoterapiya, antibiotiklər istifadə olunur. Həkim deyir ki, xəstəliyin daha gecikmiş mərhələlərində, irinli proses inkişaf etdikdə, irinlik yarılmalı, irin xaric olunmalıdır:

 

“Xroniki limfadenit zamanı müalicə xroniki iltihab ocaqlarının müalicəsinə yönəldilir. Həkimdə şiş prosesinə şübhə yarandıqda, zədələnmiş düyünün punksiyası aparılır. Həkim vərəmdən şübhələnərsə, xəstəni rentgen müayinəsinə göndərəcək”.

 

Nərminə Abbasova onu da vurğuladı ki, limfa düyünləri immun sistemin tərkib hissəsi olan limfatik sistemin əsas elementidir. Onun sözlərinə görə, bəzən səhvən limfa düyününün böyüməsinə vəzi böyüməsi deyirlər. Amma bu termin elmi cəhətdən o qədər də düzgün səslənmir. Çünki limfa düyünləri vəz deyil və heç bir maddə sekresiya etmir:

 

“Limfa düyünləri normada bir neçə millimetr ölçüdən 1-2 sm ölçüyə qədər ola bilər. Böyümüş limfa düyünləri öz normal ölçüsündən 2-3 dəfə böyük olur. Uşaqlarda limfa düyününün ölçüsü 1 sm-dən çox olarsa böyümüş hesab edilir.

Limfa düyünlərinin yerləşdiyi əsas yerlər qasıq, qoltuqaltı, boyun, çənəaltı, qulaq arxası nayihəsi və başın arxasıdır. Hansı qrup limfa düyünün böyüməsi problemin bədənin hansı hissəsində olmasından aslıdır və böyümənin səbəbinin müəyyən edilməsində kömək edə bilər. Səbəblər isə soyuqdəymə, mononukleoz, tonzillit, parotit, sinus infeksiyası, qulaq infeksiyası, dəri infeksiyası, dış problemləri, hodgkin xəstəliyi, qeyri-Hodgkin limfoması, leykemiya, tuberkulyoz, qızılca, sarkaidoz, toksaplazmoz, yuxarı respirator infeksiya, sifilis, gingivit, diş dibinin absesi, cinsi yolla keçən xəstəliklər və revmatoid artrit ola bilər”.


Həkim-terapevt qeyd etdi ki, əgər limfanın böyüməsi qəflətən əmələ gəlirsə və ağrılıdırsa, bunun səbəbi daha çox infeksiya və ya zədələnmə ola bilər. Nərminə xanım vurğuladı ki, tədricən böyüyən və ağrısız lifma düyünləri bir çox hallarda xərçəngin əlaməti ola bilər:

 

“Bəzi dərman maddələrinin istifadəsi, məsələn, anti-epileptik və ya bəzi vaksinasiyalar limfa düyünlərinin böyüməsinə səbəb ola bilər. Limfa düyünlərində olan ağrı müalicənin ilk günlərində keçəcəkdir. Amma şişkinliyin aradan qalxması bir neçə həftə çəkə bilər. Vəzilərin ağrılı olmasının əsas səbəbi onların infeksiya ilə mübarizə aparmaq məqsədilə dərhal şişkinləşməsidir”.

   
Nərminə xanım bildirdi ki, Limfa düyünləri bir neçə həftə ərzində kiçilmirsə və ya böyüməyə davam edirsə, böyümüş vəzilər qırmızı rəngdə və gərgin olarsa, Limfa düyünləri əllədikdə nahamar olur və yerinə fiksasiya olunmuş olarsa, hərarət, gecə tərləmələri və naməlum səbəbli arıqlama varsa, uşaqlarda limfa düyünü 1 sm-dən böyükdürsə dərhal həkimə müraciət edilməlidir.

 

DİQQƏT!

Əgər Limfa düyünləri haqqında daha geniş məlumat almaq və ya müalicə olunmaq (yaxın adamınızı müalicə etdirmək) istəyirsinizsə, Mayomed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinə - həkim-terapevti Nərminə Abbasovaya müraciət edə bilərsiniz:

 

TEL: (012) 464 86 93; 464 86 94; 464 86 95
MOB: (051) 866 02 20; (051) 567 66 96

ÜNVAN: Bakı, Nərimanov, Əhməd Rəcəbli-207.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

Klipi üçün 10 kilo çəki atdı

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

Nəsibə Zeynalovanın doğum günüdür