Seçki kampaniyasında QOZBEL MEDİÇİ HƏQİQƏTLƏRİ

20:24 22-01-2020 | icon 1442 | Köşə
Seçki kampaniyasında QOZBEL MEDİÇİ HƏQİQƏTLƏRİ

"Media kapitanları"nın KÖTÜK BÜTƏ sitayişindən bir fraqment

 İGİD TEYMURLU

 

Həm şəxsiyyətinə, həm də yazı üslubuna sayğı bəslədiyim Qələm Dostum, "miletinsesi.az" saytının redaktoru TALIB ƏHƏDOVUN ürəyinin çırpıntıları hiss olunan bir yazısına rast gəldim. Yazının bəzi nədənləri var ki, bu nədənlərin içində də əsil həqiqətlər gizlənməkdədir. O həqiqətlərdə qələm dostumun təqdir etdiyi Mediçinin qozbelliyi də gizlənib....

 

Əvvəla, Talıb qardaşımın İqbal Ağazadə ilə Abbasov Raufun (gəlin hər kəsi olduğu kimi öz adı və soyadıyla çağıraq) apardığı təbliğat kampaniyasını ABŞ-İRAQ müharibəsinə, namizədləri o ölkələrin başçılarına bənzətmək qüsurludur. İqbal Ağazadəni Səddam Hüseynə, Abbasov Raufu Buşa bənzətmək üçün ortalıqda elə oxşar bir detal yoxdur: İqbal bəydə diktatorluq və hətta düşüncələrdə olan fikirlərin belə assimilyasiya siyasətinə meyillilik olmadığı kimi heç Rauf bəydə də Buşda olan cırtqozluğun eynisi yoxdur. Digər bir tərəfdən, zatən İqbal bəy şəxsən indiki kampaniyada heç də TALIB qardaşımın vurğuladığı kimi opponentlərinə qarşı "replika" atmır, əksinə birbaşa öz potensialını ortaya qoymaqla Raufkimilərin cılızlıqlarını apaydın olaraq üzə çıxarır. Necə ki, bunu İqbal bəy Elman Nəsirovla debatda etdi. Və necə ki, o debatda Elman Nəsirov bu halın baş verməsi üçün İQBAL bəyi zərbə endirməyə vadar etmişdisə, indi Abbasov Rauf da hərdən həmin adamı məcbur etmə halıyla üz-üzə qoyur...

 

"Gücləri balanslaşdırma"ğa çalışan TALIB qardaşım fərqində deyil ki, Abbasov Raufun "balansirovka"sıyla məşğul olan elə bu hakimiyyətin özü olub və indi də özüdür. Hakimiyyətə qarşı antitəbliğat yoluyla bu iqtidarı ayaqda saxlayan Abbasov Rauflar olub. Abbasov Raufların "faktların dili"ylə danışmasını da mətbuatın qəlsəmələri arasında özünə yer tapan varlıqlar üçün bu hakimiyyət uğur mənbəyinə çevirib. Bunu "media kapitanları" məndən də gözəl bilirlər. Belə gedişlər Raufların "uğur"u yox, mətbuatı oliqarxların, monopolistlərin əlində bir vasitəyə çevirmənin süqutundan başqa bir şey deyil...

 

Ona görə də dəyərli dostum TALIB bəy, sən Qozbel Mediçini gözəllik mücəssəməsi kimi bir oxucun olaraq mənə sırıma!

 

Talıb bəy özü də etiraf edir ki, Abbasov Rauf "rayonda gedən abadlıq və quruculuq işlərini Müsavat.com-da vaxtaşırı işıqlandırıb həmin işlərin həyata keçirilməsinin sürətləndirilməsini öz adına çıxaraq, burdan da xal qazanır". Pəki, bəs İqbal Ağazadə necə, heç seçicisini bu şəkildə aldatmaqda bulundumu!? Yox....

 

Əksinə o, Raufdan da öncə seçicisinin ayağına getdi, dərdini, sərini öyrəndi. Adam heç deputat olmayanda belə Xətai seçicisi İqbal Ağazadəni özünün millət vəkili sanıb...

 

"Arifoğlu kimlərlə savaşmayıb ki? Hər zaman da təslimçi sülhə qarşı tərəfin ilk imza atması ilə qələbə qazanıb" deyən dəyərli Dostum, doğrudanmı Sən Savaşın mahiyyətini Abbasov Raufun təqdimatında olduğu kimi qəbul edirsənsə, onda ötən illərə və bu illərdəki mənim Sənə olan inamıma heyif olsun!..

 

"Raufun apardığı savaş" nəyin uğrunda olub, TALIB bəy? Deyim ki, Zərdabi ənənələrinin yaşaması uğrunda...

Qətiyyən yox!

 

Ən azından bu yolun ƏKİNÇİLƏRi adama qənim olar...

 

Deyim ki, cəmiyyətin bütövlüyü, birliyi uğrunda...

Qətiyyən yox...

 

Ən azından param-parça edilmiş Müsavat Partiyasından ayıbdır....

 

Deyim ki, milli, mənəvi, əxlaqı dəyərlərimizin təbliği uğrunda...

Qətiyyən yox...

 

Ən azından elə sənin də dediyin kimi, Rauf daha kimlər haqqında nələr deməyib, bax o kimlərdən ayıbdır...

 

Keçdiyi "həyat yolu"na istinad edərək "Rauf Arifoğlu ilə savaşmaq asandır, amma qalib gəlmək mümkünsüzdür" deyirsənsə, dəyərli Talıb bəy, bu da sənin öz qənaətindir və hörmətlə yanaşıram fikrinə. Amma incimə, mənim tanıdığım Talıb Əhədov bunca qorxaq və bunca pessimist deyildi...

 

Raufun "bu hakimiyyətə qarşı təkbaşına mücadilə aparması" və sonradan elə bu hakimiyyətin özü tərəfindən Mətbuat Şurasına gətirilməsi, ev-eşiklə, ofislə təmin edilməsi, yaxasından orden asılmasının nədənlərini doğrudanmı sən bilmirsən!?

Yoxsa bu da seçki kampaniyasının bir nədənidir ki, içində çox zadlar gizlənib?

 

"Müsavat kimi nəhəng partiyanı darmadağın edənlər" əvvəlcə Cəbhə kimi ümummilli bir hərəkatı parçaladılar. Sən bunun fərqində deyilsən və elə həmin qüvvələr, bir də regional prinsiplərə söykənərək intəhasız iddiaların daşıyıcıları qismində ortaya çıxıb onlara isti görünən bucaqlardan tapşırıq alan subyektlər idi Müsavatı da parçalayan. Abbasov Rauf da bunların əlində küt baltalardan olan birisi idi...

 

Onu düz deyirsən. Bəli, İqbal Ağazadə zəif fiqur deyil və Xətai sakinləri arasında böyük hörmət sahibidir. Özüm də bunun canlı şahidiyəm. Amma sən İqbal Ağazadəni Raufla eyniləşdirmə. İqbal Ağazadə zatən SAVAŞ Adamı, Raufsa Savaşa haram qatan və ona əxlaqi prinsiplərlə, igidliklə uyuşmayan detallar tapıb zərif naxışlar vuran birisidir. Qoy gedib gül toplaşın o naxışların rəngi üçün. YAP onu təyin edəcəksə belə Raufun vuracağı naxışlar da yanlış olacaq....

 

Sənin də İqbal Ağazadəyə gözdağı kimi vurğuladığın "Arifoğlunun yanında olan mətbuat nümayəndələri"nin kimliyi haqqında tanınmış vəkil Aslan İsmayılov da gözəl bir paylaşım etmiş və onları "Əli Həsənovun trolları" adlandırmışdı. Bəli, Əli Həsənov həmin "mətbu nümayəndələr"ə FETOya doğru uzanan əlinin şəhadət barmağını qaldırıb onlara ultimativ şəkildə əmr edirdi. O çetedə sənin təqdir etdiyin Rauf Abbasov da var idi. SAVAŞ dediyin bumu?..

 

"İqbalı Əlizadəyə uduzduran YAP heç vaxt Rauf Arifoğlu kimi yaxın keçmişdəki qatı düşməninin məğlubiyyətini təmin etməz" fikrində müəyyən həqiqətlər var. Amma bəribaşdan deyim ki, Rauf bu hakimiyyətin "qatı düşməni" deyil, dostu olub. Heç düşmənə də yuxarıda sadaladıqlarımı verərlər?...

 

Raufun ətrafına yığışan "mətbu nümayəndələr" güman ki, bir tapşırığın və Raufun Mətbuat Şurasında olma imkanının quludurlar, ona olan sevginin yox. Rauf onları düzənlədiyi tədbirə dəvət edir və onlar da sayt, qəzet maraqlarını önə çəkib candərdi onun yanında olurlar. Amma Azərbaycanın bütün Qazilər Ordusu sənin dediyin "müharibə"də könüllü olaraq sinələrini Ümid Partiyasının sədrinin qənşərinə verib bu Cəng Meydanında dövlətçiliyimiz və millətçiliyimiz naminə İqbal Ağazadəni qoruyurlar. Fərq bu....

 

Kənardan hər şey gözəl görünür, dostum. "Media kapitanları"nın Raufdan büt yaratmaq həvəslərinə zənn edirəm ki, bəsdir deməyin tam zamanı. Çünki zaman o bütlərin kötüklüklərini çoxdan bəyan edib bu xalqa....

 

Elə bütün deyilənlərin fonunda mən də sənin kimi xalqımıza düzgün seçim etmək və namizədlərə uğurlu Yol arzulayıram!..

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı