RAZİ NURULLAYEV ixtisara düşən 500 nəfərin taleyindən NARAHATDIR

20:52 22-01-2020 | icon 1143 | Cəmiyyət
RAZİ NURULLAYEV ixtisara düşən 500 nəfərin taleyindən NARAHATDIR

"İmişlidə Şəkər zavodunda 500 nəfər işçinin ixtisar edilməsi böyük faciədir. Çünki, 500 nəfər ailə çətinliklə üzləşəcək".

 

Versus.Az xəbər verir ki, bu sözləri İmişlidəki Şəkər zavodunda ixtisara düşmüş insanların yaşamlarının ağırlaşacağından narahat olan AXCP sədri, növbədənkənar parlament seçkilərinə namizəd Razi Nurullayev deyib:

 

"Şirkət rəhbərliyi zavodun 3 ildir zərərlə işlədiyini deyir. Bu üç ildə hökumətin bu məsələyə biganə qalması, zavodun zərərlə işləməsinə laqeydlik göstərməsi, zavodun istehsal etdiyi məhsulun rəqabətlilik əmsalının zəif olduğunu bilərək, ucuz idxalı məhdudlaşdırmaması başadüşülən deyil. Bunu tənzimləmək mümkün idi və hələ də gec deyil".

 

Deputatlığa namizəd qeyd edib ki, hökumət təcili bu məsələnin həlli üçün konkret addımlar atmalı və zavodun fəaliyyətini bərpa edərək, işçilərin geri qaytarması üçün təcili işlər görməlidir:

 

"Zavod rəhbərliyinin verdiyi açıqlama kifayət qədər açıq olsa da, qaranlıq məqamlar da var. Onlar hökumətə müraciət etmişdimi, cavab nə olub və günahkar kimlərdir? 500 nəfər ailənin ah-naləsinin qarşısında dayanmaq çətin məsələdir!"

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Bakıdakı yeni metro stansiyasından GÖRÜNTÜLƏR

Öz prinsiplərinə sadiq, xarizmatik insan...

Çimərlikdə naməlum məxluqun cəsədi tapıldı

Dieqo Simeone İtaliyaya dönmək istəyir

Ömrü uzadan məşğuliyyətlər

Lyuis Həmiltondan karyerası ilə bağlı açıqlama

Tibb elminə həsr olunmuş ömür...

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR