"Ərizələrini geri götürüb, artistliklərini etsinlər"

23:57 22-01-2020 | icon 372 | Siyasət
"Ərizələrini geri götürüb, artistliklərini etsinlər"

Xəbər verdiyimiz kimi fevralın 9-da Azərbaycanda növbədənkənar parlament seçkiləri keçiriləcək. Milli Məclisə seçkilərlə əlaqədar 1542 nəfərin namizədliyi qeydə alınıb. Onların arasında Əməkdar artisti Elza Seyidcahan, bir çox mətbuat nümayəndələri və vəkillərində adları var.

 

Versus.Az xəbər verir ki, bununla bağlı açıqlamasında Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev danışıb.

 

Patiya sədri bildirib ki, ölkə prezidentinin apardığı uğurlu siyasətin və demokratik islahatların nəticəsidir ki, bu gün parlament seçkilərinə bu qədər maraq var:

 

"Xalqda böyük ruh yüksəkliyi var. Cənab prezidentimiz həm iqtisadi, həm də siyasi cəhətdən çox böyük işlərə imza atır. Təəssüf ki, bu gün hər yoldan keçən parlamentə namizədliyini verib. Amma o insanlar düşünməlidir ki, parlament uşaqlar və təcrübəsizlər yığıncağı deyil. Parlament ölkə taleyini həll edilməsində mühüm rolu olan qurumdur. Çox təəssüf ki, bir mahnı oxuyub, onu aranjeman edə bilməyənlər, zamanında ulu öndər Heydər Əliyevin şəkilini çıranlar bu gün parlamentə namizədliyini verib. Yeni Azərbaycan Partiyası 30 ildir ki, yaranıb. Təəssüf ki, 30 ildə Yeni Azərbaycan Partiyasının əlehinə işləyən, erməni kəşfiyyatı ilə sıx əlaqədə olan insanlar çalışırlar ki, parlamentə daxil olub, müəyyən dairələrin maraqlarını həyata keçirsinlər. Biz buna imkan verə bilmərik. Heç vaxt icazə verə bilmərəm ki, zamanında ulu öndərin şəkilini cırıb, ermənilərə işləyən birisinin oğlu deputat olsun. Belələrin parlamentə düşməsi Azərbaycan dövlətinə və xalqına hörmətsizlikdir. Ən önəmlisi isə xalqın gələcəyi ilə oynamasıdır.

Namizədlər arasında eləsi var ki, vaxtı ilə Əli İnsanovun vəkili olub. Onun Avropa Şurasında bəraət qazanmasında böyük xidmətləri var. Bu da xarici kəşfiyyatın qurduğu oyundur. Biz imkan verə bilmərik cənab prezidentin gördüyü bu qədər işlərə kimsə kölgə salsın. Düşünürəm ki, düşük adamların elə bəri başdan namizədliklərini götürməsi daha məsləhətlidir. Çünki bizim Qarabağ kimi dərdimiz var. Azərbaycanı istəməyən qüvvələr var. Ona görə ölkə rəhbərinin apardığı uğurlu islahatlara dəstək olan insanlar parlamentdə yer tutmalıdır. Artistlərin və müğənnilərin parlamentdə nə işi var. Bəyəm parlament xor dərnəyidir? Parlament oturuşmuş siyasi meydandır. Düşünürəm ki, bəziləri gedib ərizələrini geri götürüb, artistliklərini etsinlər". /Sonxeber.az/

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı