"Bəziləri üçün imzaları İcra strukturlar yığıb" - VİDEO

00:37 23-01-2020 | icon 419 | Siyasət
"Bəziləri üçün imzaları İcra strukturlar yığıb" - VİDEO

Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev Baku News internet kanalına müsahibə verib.

 

Versus.Az xəbər verir ki, Fuad Əliyev çıxışında imzatoplama kampaniya və qeydiyyata alınma zamanı ona qarşı təzyiqlər olduğunu deyib:

 

“İmzatoplama kampaniya dövründə özünü Sabunçu rayon İcra Hakimiyyətinin əməkdaşı kimi təqdim edən şəxs imza vərəqələrini bizdən almaq və toplanan imzaları pozmaq istəyib. Buna nail ola bilmədikdə, imza vərəqələrini cırmağa cəhdlər göstərib. Bununla bağlı mən DSK sədrinə məlumat verdim. Daha sonra imzaları yoxlama prosesində də seçicilərə təzyiqlər olub. Namizədliyimi qeydiyyata almaq istəmirdilər”.

 

Daha sonar ALDP sədri deputat mandatına iddialı olanları debata dəvət edib:

“Bizim dairədə 15 namizəd qeydiyyata alınıb. Hamıya uğurlar arzulayıram. Namizədləri Sizin kanal vasitəsilə debata dəvət edirəm. Amma inanmıram ki, kimsə qəlsin debata. Nə iş görüblər? Gəlib nə danışıcaqlar? Bəziləri üçün imzaları İcra strukturlar yığıb. Biz bunları hamısını bilirik.”

 

Sonda Fuad Əliyev bildirib ki, bu dairədən mütləq o ozü qalib olacaq.

LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

İtlər hətta simvolları da anlayırlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol