Manikür zamanı yayılan TƏHLÜKƏ

08:42 23-01-2020 | icon 1186 | Sağlamlıq
Manikür zamanı yayılan TƏHLÜKƏ

Qadınların tez-tez müraciət etdiyi dırnaq baxım proseduru manikür və pedikür hazırda peşəkar mərkəz və salonlardan da çox hər binanın altında açılan gözəllik salonları, kabinetlərdə, hətta evlərdə də icra edilir.

 
 
Bu gün dırnaqlara təkcə manikür olunmur, müxtəlif yapışqanlı maddələr, boyalar, şellak, gel, süni dırnaq, taxma dırnaq, qaynaq və s olunur.
 
 
Versus.Az Medicina.az-a istinadən xəbər verir ki, dünyada infeksiya törədicilərinin yayılma mənbələrindən biri də manikür salonlarıdır.
 
 
QİÇS, stafilakokk, streptokokk, hepatitlər qan və yara ilə keçdiyi üçün dərinin və dırnağın cüzi bir zədələnməsi ilə də insandan insana ötürülür.
 
 
Belə ki, QİÇS və hepatitli xəstə manikür etdirdikdən sonra manikür alətləri düzgen dezinfeksiya olunmadığından üzərində qanla birgə həmin viruslar qalır və növbəti müştərinin dırnaq əti qanayarsa, o yaradan keçir.
 
İstənilən alət üzərində qan izində virusların yaşam müddəti 12 saatdır.
 
 
Ona görə də manikürü ya öz alətlərinizlə, ya da ciddi salonlarda alətlər sterilizasiya edilən, paketdən yanınızda açılan yerlərdə etdirməlisiz.
 
 
Manikür zamanı QİÇS və ya hepatitə yoluxmuş qadının qan analizində virus 6 aydan sonra bilinir.
Bu viruslara yoluxmuş qadın potensial olaraq əri üçün də təhlükə mənbəyidir və özü yoluxduqdan sonra cinsi əlaqə və yenə də qan, yara təması ilə ərini və ya digər partnyoru yoluxduracaq.
 
 
Onkoloji risk
 
Xərçəngin ən amansız növlərindən biri də dəri xərçəngidir. Bu xəstəliyin bir neçə növü var. Mütəxəssislər bildirir ki, müntəzəm manikür, şellak, qaynaq, xüsusən UVÇ işıq altında bərkidilən gel lak dırnaq əti və ətraf dərini zədələyir, melanoma adlı xərçəngi aqressivləşdirir.
 
 
Dırnaq emalının dəfələrlə zədələnməsi göbələk infeksiyalarını artırır.
 
 
UV lampalar isə dırnaqaltı melanoma əmələ gətirə bilər. Uzun illər şellak, qaynaq altında qalan dırnaqlarda melanoma olma riski çoxdur.
 
 
Manikür və şellakdan sonra dırnaqda, dırnaq altında, ətrafında şübhəli izlər, qaralma, rəng, xal gördünüzsə, mütləq dermatoloqa və onkoloq dermatoloqa müraciət edin.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

Nəsibə Zeynalovanın doğum günüdür

Klipi üçün 10 kilo çəki atdı