“RAZİ NURULLAYEV XALQIN YANINDADIR”

09:37 23-01-2020 | icon 1603 | Siyasət
“RAZİ NURULLAYEV XALQIN YANINDADIR”

Tural İrfan: “O insanların üzünün güldüyünü, itirilmiş ümidlərinin canlandığını görməmək mümkün deyil”

 

Ölkədə keçiriləcək növbədənkənar parlament seçkilərində 79 saylı İmişli Seçki Dairəsindən Milli Məclis üzvlüyünə namizəd, tanınmış ictimai-siyasi xadim Razi Nurullayevin seçki təbliğatı davam edir.

 

Bu barədə Versus.Az-a Milli Məclis üzvlüyünə namizəd Razi Nurullayevin səlahiyyətli vəkili Tural İrfan məlumat verib.

 

 

Tural İrfan bildirdi ki, İmişli şəhərində digər rayonlarda olduğu kimi Razi bəyə böyük rəğbət, böyük dəstək var. Onun sözlərinə görə, İmişli əhalisinin ona inamını, etimadını keçirilən görüşlərdə görməmək mümkün deyil:

 

“20 Yanvar şəhidlərimizin 30 illik anımını İmişli Şəhidlər xiyabanını ziyarət edən Razi Nurullayevi yüzlərlə İmişli sakini müşayiət etdi, onun arxasınca neçə kilometrlərlə yolu piyada qət etdi. Bu, İmişli seçicilərinin vətənpərvərliyin, şəhidlərə hörmətinin və Razi Nurullayevə olan inamının təzahürü idi”.

 

T.İrfan qeyd etdi ki, İmişlinin kəndlərini qarış-qarış gəzərək öz platformasını, əhali üçün nələr edəcəyini açıqlayan, xalqla yaxın ünsiyyətdə olan Razi Nurullayev camaat arasında sanki çoxdandır intizarı çəkilən bir insan kimi qarşılanır:

 

“Namizədimizin vəkili kimi görüşlərdə iştirak edən bir şəxs olaraq qeyd edə bilərəm ki, Razi Nurullayevin parlamentə üzv olmasını İmişli sakinləri yüksək səviyyədə dəstəkləyir. Öz çıxışlarında digər namizədlərə də sayğı və hörmətini ifadə edən Razi Nurullayevin İmişli şəhərindəki seçki qərargahına hər gün yüzlərlə vətəndaş müraciət edir, öz problemlərini çatdırır, dərdlərini danışır, çarə istəyir və ona böyük inamları olduqlarını dilə gətirirlər. Açığını deyim ki, əziyyət çəkən və məmurlara inamını itirən sakinlər çoxdur”.

 

Namizədin vəkili bildirdi ki, Razi bəylə görüşə gələn hər bir sakin ona inanır. O insanların üzünün güldüyünü, itirilmiş ümidinin canlandığını görməmək mümkün deyil:

 

“Altıdan çox xarici dil bilən, dünyanın 80 dən çox ölkəsində olmuş, iki ali təhsilli, dünyada və ölkədə öz siyasi çəkisi, hörməti, ziyalılığı, kübarlığı, alicənablığı ilə tanınan, inanılan bir siyasətçiyə, partiya sədrinə, namizədə kim səs verməz ki?! İmişli camaatı da ayıq-sayıq, hər kəsin öz layiqli qiymətini verməyi bacaran, qədirbilən camaat olduğu üçün öz həmyerlilərini böyük sevgi ilə qarşılayırlar. Bugünəcən ölkədəki bir çox sosial və digər problemlərin həlli naminə saysız təkliflər, layihələr, çıxış yolları irəli sürmüş, bir çox hallarda da bu problemlərin əhalinin xeyrinə həllinə nail olmuş Razi Nurullayev parlamentə üzv seçildiyi təqdirdə əminəm ki, nəinki İmişli əhalisinin, eləcə də bütövlükdə xalqımızın rifahının yüksəlməsi yolunda daha səmərəli çalışacaqdır. Çünki o, xalqın yanındadır”.

 

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı