"Azdrama" Özbəkistan və Türkiyədə festivallarda iştirak edəcək

10:48 23-01-2020 | icon 618 | Mədəniyyət
"Azdrama" Özbəkistan və Türkiyədə festivallarda iştirak edəcək

“2020-ci il üçün Akademik Milli Dram Teatrının qastrol və festivallarla bağlı planları böyükdür. Bizə bir neçə ölkədən dəvət var”

 

Versus.Az xəbər verir ki, bunu Akademik Milli Dram Teatrının bədii rəhbər-direktoru, Xalq artisti Azər Paşa Nemətov deyib. Onun sözlərinə görə, artıq qastrol səfərləri ilə bağlı ilkin danışıqlar aparılıb:

“Bu günlərdə Gürcüstanın Milli Teatr Günü ilə əlaqədar qonşu ölkədə bir neçə görüş keçirdim. Gürcü teatr ictimaiyyətinin Akademik Milli Dram Teatrına böyük marağı var. Kutaisi, Tbilisi və digər şəhərlərdə olan teatrlar bizi qastrola dəvət edirlər. Gürcüstanın dünyada tanınmış teatr rejissoru Robert Sturua ilə çox gözəl münasibətimiz var. Bu münasibətin və dostluğun tarixi 40 ilə yaxındır. Məhz onun və digər dostlarımızın dəvəti ilə qonşu ölkənin teatrsevərləri üçün tamaşalar oynayacağıq”. 

 

Azər Paşa Nemətov əlavə edib ki, rəhbərlik etdiyi kollektiv 2020-ci ildə Daşkənddə və Türkiyədə olan festivallarda da iştirak edəcək:

“Hər iki ölkə ilə danışıqlar aparılır. Yaxın vaxtlarda konkret addımlar atılacaq. 2019-cu ilin oktyabr ayında Akademik Milli Dram Teatrına dövlət statusunun verilməsinin 100 illiyi təntənə ilə qeyd olundu, teatrın aktyorları fəxri adlarla təltif edildi. Bu, ölkə Prezidenti tərəfindən bizə olan böyük etimadın bariz nümunəsidir. Məhz 100 illik yubileylə əlaqədar istər beynəlxalq, istərsə də yerli qastrollarla bağlı planlarımız böyükdür. Eyni zamanda ötən il olduğu kimi bu il də yeni premyeralarla tamaşaçılarımızı sevindirəcəyik. İstər dünya, istərsə də Azərbaycan dramaturgiyasından olan əsərlər əsasında hazırlanan tamaşalar teatrımızın səhnəsində oynanılacaq”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Ən sürətli qol

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin