BAF-ın prezidenti vəzifəsindən kənarlaşdırılıb

13:12 23-01-2020 | icon 572 | İdman
BAF-ın prezidenti vəzifəsindən kənarlaşdırılıb

Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının (İWF) prezidenti Tamaş Ayan vəzifəsindən kənarlaşdırılıb.

 

Versus.Az xəbər verir ki, bunu Rusiya Ağırlıqqaldırma Federasiyasının prezidenti Maksim Aqapitov açıqlayıb.

 

O bildirib ki, T.Ayan tutduğu vəzifədən 90 gün müddətinə uzaqlaşdırılıb. Bu, İWF-dəki daxili araşdırmalarla bağlıdır.

 

ARD telekanalının lentə aldığı filmdə T.Ayan “korrupsiya mədəniyyəti” yaratmaqda və onilliklər boyu dopinqin nəticələrini saxtalaşdırmaqda ittiham olunub.

 

M.Aqatipov bu qərarı qurum başçısının özünün verdiyini qeyd edib:

“Prezident özü 90 günlük kənarlaşdırıb. Qurumun İcraiyyə Komitəsi müvəqqəti prezident kimi ABŞ-dan olan Ursula Papandreanı təsdiqləyib. Araşdırma ilə bağlı xüsusi komissiya yaradılıb”.

 

Qeyd edək ki, 80 yaşlı T.Ayan 1970-ci ildən İWF-də çalışır və 2000-ci ildən təşkilatın prezidentidir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür