BSU-da Rusiya Federasiyasının nümayəndələri ilə görüş - FOTO

14:17 24-01-2020 | icon 654 | Təhsil
BSU-da Rusiya Federasiyasının nümayəndələri ilə görüş - FOTO

Yanvarın 23-də Bakı Slavyan Universitetinin (BSU) rektoru, professor Nurlana Əliyeva Azərbaycanda işgüzar səfərdə olan M.İ.Rudomino adına Ümummrusiya Dövlət Xarici Ədəbiyyat Kitabxanasının Beynəlxalq fəaliyyət üzrə direktoru Svetlana Qoroxova, həmin kitabxananın Elm və təhsil fəaliyyəti üzrə direktoru Tatyana Polejayeva, Müstəqil Dövlətlər Birliyi və Şərqi Avropa ölkələri üçün Qoruma və Mühafizə Mərkəzinin koordinatoru Mariya Kolpakova, Elektron-Kitabxana Sisteminin Baş direktoru Natalya İvanova, Elektron-Kitabxana Sisteminin Layihələr üzrə koordinatoru Vita Kutuyeva, Heydər Əliyev Fondunun nümayəndəsi Tamilla Əhmədova ilə görüşüb. Görüşdə Təhsil Nazirliyinin əməkdaşları Kamran Rəsulov, İlqar Dadaşov, BSU-nun Tədris işləri üzrə prorektoru, professor Telman Cəfərov, Elmi işlər üzrə prorektoru, professor Rafiq Novruzov, Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov  iştirak ediblər.

 

Versus.Az xəbər verir ki, görüş zamanı BSU-nun rektoru, professor Nurlana Əliyeva rusiyalı nümayəndələrə  Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən 2000-ci ildə M.F.Axundzadə adına Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutunun bazasında yaradılmış universitetin keçdiyi inkişaf yolu, fakültələri və ixtisasları, tədris edilən xarici dillər, profesor-müəllim və tələbə heyəti, tədris prosesi, həyata keçirilən elmi tədqiqatlar, universitetin fəaliyyət istiqamətləri, son illər reallaşdırılan mütərəqqi yeniliklər, genişmiqyaslı islahatlar, beynəlxalq əlaqələr və qarşıda dayanan əsas vəzifələr barədə geniş məlumat verib. Rektor qeyd edib ki, BSU unikal ali təhsil müəssisəsidir. BSU-da 10 tədris-mədəniyyət mərkəzi fəaliyyət göstərir. Onlardan ən böyüyü Rusiya Tədris-Mədəniyyət Mərkəzidir.

 

BSU-nun Tədris işləri üzrə prorektoru, professor Telman Cəfərov və Elmi işlər üzrə prorektoru, professor Rafiq Novruzov universitetin xarici ölkələrdə fəaliyyət göstərən tədris-mədəniyyət mərkəzləri haqqında məlumat veriblər.

 

Öz növbəsində rusiyalı nümayəndələr və Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov səmimi və işgüzar görüşə görə BSU-nun rəhbərliyinə təşəkkür ediblər. Görüşdə gələcək əməkdaşlıq məsələləri müzakirə olunub və müvafiq qərarlar qəbul edilib.

 

Sonra BSU-nun Rusiya Tədris-Mədəniyyət Mərkəzi və həmin mərkəzin Moskva və Sankt-Peterburq auditoriyaları ilə tanış olan qonaqlara mərkəzin fəaliyyəti barədə geniş məlumat verilib. Rusiya Tədris-Mədəniyyət Mərkəzində BSU-nun tələbə-gəncləri qonaqlar qarşısında bədii kompozisiya ilə çıxış ediblər. Onların çıxışları alqışlarla müşayiət olunub.

 

Daha sonra qonaqlar BSU-nun Əsas kitabxanasının fəaliyyəti ilə tanış olublar. Rektor Nurlana Əliyeva onlara kitabxananın strukturu, kitab fondu, kitabxananın elektronlaşdırılması, Kitabxana Şurası barədə ətraflı məlumat verib. Qeyd edib ki, Kitabxana Şurası Əsas kitabxananın fəaliyyətinin təkmilləşdirilməsini və müasir tələblərə cavab verməsini daim diqqət mərkəzində saxlayır. Eyni zamanda rusiyalı mütəxəssislər BSU-dakı Qiraət zalı, Elmi-tədqiqat layihələri laboratoriyasının Tərcümə və leksikoqrafiya bölməsi və universitetin Muzeyində olublar.

 

Rusiyalı mütəxəssislər BSU-da həmçinin yeni istifadəyə veriləcək Nəsimi auditoriyası ilə də tanış olublar.

Sonda qonaqlar BSU-nun Heydər Əliyev Tədris Mərkəzində Rusiya Mədəniyyət-İnformasiya Mərkəzinin, Azərbaycanda Rusdilli Tədris Müəssisələri Assosiasiyasının və BSU-nun Filologiya və xarici dil müəllimliyi fakültəsinin birgə təşkilatçılığı ilə dünya ədəbiyyatının klassiki, böyük  rus yazıçısı Anton Çexovun anadan olasının 160 illiyinə həsr olunmuş “Çexov dövrü” adlı ədəbi oxular çərçivəsində “A.P.Çexov irsinin XXI əsrdə aktuallığı” mövzusunda keçirilən dinləmələrdə iştirak ediblər. Dinləmələrdə Anton Çexovun həyatı və ədəbi irsi hərtərəfli təhlil edilib, yazıçının əsərlərinin müasir dövrümüzdə də çox aktual olduğu xüsusi vurğulanıb. Bütövlükdə qonaqlar BSU-dan xoş təəssürat və yüksək əhvali-ruhiyyə ilə ayrılıblar.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı