Lavrovun əvəzedilməzliyinin sirri

14:57 24-01-2020 | icon 588 | Dünya
Lavrovun əvəzedilməzliyinin sirri

2000-ci ildən Rusiyaya başçılıq edən Vladimir Putin təxminən 19 il sonra spontan addım atdı - o, hökuməti istefaya yolladı. Rusiyalı və avropalı analitiklər Kreml başçısının komandasını yeniləməsini, səlahiyyətlərinin bir hissəsini parlamentə verməsini 2024-cü ildə keçiriləcək prezident seçkilərinə hazırlıqla izah elədilər.

 

Məlumatlara görə, hakimiyyət Federasiya Şurası, Duma və Dövlət Şurası arasında bölüşdürüləcək. Yəni Putin idarəçiliyin strukturunu və formasını dəyişir, özü isə Dövlət Şurasının sədri ola bilər. Amma hökumət istefaya göndərilsə də, bir neçə nazir vəzifəsində saxlanıldı. Bu sırada xarici işlər naziri Sergey Lavrov xüsusi diqqət çəkir. Eyni zamanda, müdafiə naziri Sergey Şoyqu və daxili işlər naziri Vladimir Kolokoltsev də Putinin komandasında çalışacaqlar.

 

Ancaq Lavrovun adını ayrıca qeyd etmək lazımdır. O, nə az, nə çox, 2004-cü ildən Rusiya XİN-in rəhbəridir. 16 ilə yaxın müddətdə rus nazir peşəkar diplomat, sərt ritorika tərəfdarı olan siyasətçi kimi xarakterizə edilib. Qarabağ münaqişəsi ilə bağlı “Lavrov planı” adlandırılan həll variantının olduğu da deyilir. O cümlədən Suriya, Liviya, Ukrayna böhranları, Yaxın Şərqdəki proseslər, İran məsələsi ilə bağlı danışıqlar masasında hər zaman Lavrovu görmək olar.

 

Belə görünür ki, Putin ona çox etimad göstərir və əvəzolunmaz diplomat kimi qiymətləndirir. O baxımdan hökumət, baş nazir Medvedyev istefaya göndərilsə də, Lavrovun adı siyahıda yox idi. Lavrov personasının özü də maraqlıdır. Onun atası Tiflis ermənisidir, anası isə rusdur və sovet vaxtı Ticarət Nazirliyində işləyib. Məşhur “Esquire” jurnalının reportyor heyəti ona “Həmsöhbətiniz tutuquşu kimi eyni protokol kəlmələrini deyərkən, öz inadkarlığından geri çəkilib diplomatik kompromislərə getmədiyi vaxt, siz, cənab Lavrov, neynirsiz? Bəziləri adətən bu məqamda əl barmaqlarını şaqqıldadır, digərləri bağ evlərindəki təmirdən düşünür, bəs siz?” sualını verərkən Rusiyanın baş diplomatı belə demişdi:

“Mən belə məqamlarda fanatı olduğum ”Spartak" futbol komandasının son həmlələri barədə şirin xəyallara qapılıram adətən".

 

“Lavrovun vəzifəsindən azad edilməməsi bir siqnaldır ki, Rusiyanın xarici siyasətində böyük dəyişikliklər olmayacaq”.

Картинки по запросу Tofiq Zülfüqarov

 

Tofiq Zülfüqarov: “Bu, bir siqnaldır ki, Rusiyanın xarici siyasətində böyük dəyişiklik olmayacaq”

Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov “Yeni Müsavat”a açıqlamasında Putinin addımını belə şərh etdi. Onun sözlərinə görə, daxili səbəblər çox ola bilər, lakin Qərblə Rusiya münasibətlərindəki gərginlik davam edəcək.

 

Sabiq nazir hesab edir ki, Lavrovu Rusiya üçün uğurlu və faydalı diplomat kimi qiymətləndirmək olmaz: “”Biz deyə bilmərik ki, Putin hansı daxili faktorla görə onu istefaya yollamadı. Amma Moskva xarici siyasətində geniş spektrli və ciddi dəyişiklik etmək fikrində olmadığını nümayiş etdirir. Xarici siyasətdə əsas meyar dövlətlərlə əlaqələrin necə qurulmasıdır. Biz bugünkü Rusiyanın dünya ilə münasibətlərinə baxsaq görürük ki, əlaqələr tarixdə olmadığı qədər aşağı səviyyədədir", - deyə T.Zülfüqarov vurğuladı.

 

Keçmiş XİN rəhbəri Rusiyanın sərhəd ölkələri ilə də problemlərinin olduğunu düşünür: “Bunun səbəbkarı və günahkarı ayrı mövzudur. Lakin de-fakto görürük ki, Rusiyanın Qərblə əlaqələri kəskinləşib. Bu, uğursuz xarici siyasətin nəticəsidir. Münaqişəyə gətirən xarici siyasət dövlətə xeyir gətirə bilməz. Bu siyasəti uğurlu hesab etmək olmaz”.

 

T.Zülfüqarov onu da qeyd etdi ki, Azərbaycanın indiki vəziyyətində Lavrovun XİN başçısı olması onun xeyrinə deyil: “Lavrov ermənipərəst mövqe nümayiş etdirir. Ümumiyyətlə, onun fəaliyyəti Rusiya üçün əlaqələrə pozitivlik gətirmir. Ona görə bu şəxsi Rusiya üçün faydalı diplomat hesab eləmək olmaz”.

Картинки по запросу Ramiyə Məmmədova:

 

Ramiyə Məmmədova: “O, Rusiyanın yox, Putinin maraqlarını beynəlxalq aləmdə ifadə edir”

Politoloq Ramiyyə Məmmədovanın fikrincə, Lavrovu Putin üçün əvəzedilməz edən onun siyasətini istədiyi şəkildə çatdıra bilməsidir. Ekspertin sözlərinə görə, Rusiya XİN rəhbəri doğrudan da peşəkar, güclü və hazırcavab diplomatdır:

“Lavrov Putin siyasətini əks etdirən diplomatdır və Rusiyanın yox, Putinin maraqlarını, arzularını beynəlxalq aləmdə ifadə edir. 2004-cü ildən Putin onunla işləyir və görünür ki, Rusiya prezidentinin özü kimi avtoritar xarakterə, sərtliyə malik olması Kreml rəhbərinin xoşuna gəlir. Biz müxtəlif böhranlı, münaqişəli məsələlərdə Lavrovun necə professional diplomat olduğunu görmüşük. Amma Rusiyanın xarici siyasəti özünə düşmən qazanmağa və qütbləşməyə yönəlikdir. Bunu da uğurlu xarici siyasət adlandırmaq olmaz. Bu gün Moskvanın dostları azdır, düşmənləri isə özünün siyasətinin nəticələridir. Rusiya xarici siyasətdə anti-Qərb cəbhəsi açıb və harada anti-Amerika qüvvələri varsa, onlarla müttəfiqlik edir”.

R.Məmmədova Lavrovun ermənipərəst siyasətçi olduğunu və Qarabağ məsələsində tərəfkeşliyini qeyd etdi:

 “O, Azərbaycan üçün arzuolunan diplomat sayıla bilməz. Çünki ata tərəfdən erməni olması onun obyektivliyinə mane olur və münaqişənin həllində bizim xeyrimizə hansısa açıqlaması, təklifi olmayıb”. /musavat.com/

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı