Qadınlarda kişilərlə müqayisədə bu xəstəlik 5 dəfə çox müşahidə olunur

13:10 25-01-2020 | icon 1467 | Sağlamlıq
Qadınlarda kişilərlə müqayisədə bu xəstəlik 5 dəfə çox müşahidə olunur

Nərminə Abbasova: “Xroniki xolesistit istənilən zaman kəskinləşə bilər”

 

“Öd kisəsinin əsas funksiyası qara ciyər tərəfindən istehsal olunan ödün yığılması və saxlanılmasıdır. Həzm prosesi zamanı öd 12 barmaq bağırsağına ifraz olunur və burada piylərin həzmində iştirak edir”.

 

 

Mayomed Fizioterapiya və Reabilitasiya Klinikasının baş həkimi, həkim-terapevt NƏRMİNƏ ABBASOVA Xolesistitlə bağlı Versus.Az-a danışarkən bildirdi ki, öd kisəsi həzm proseslərində çox əhəmiyyətli rol oynayır və bu səbəbdən onun iltihabı insanın ümumi vəziyyətinə çox mənfi təsir edir:

 

“Öd kisəsinin iltihabı "xolesistit" adlandırılır. Qadınlarda kişilərlə müqayisədə bu xəstəlik 5 dəfə çox müşahidə olunur. Xolesistit kəskin və xroniki ola bilər. Kəskin xolesistit zamanı əksər hallarda öd kisəsində və onun axarlarında konkrementlər - daşlar əmələ gəlir. Daşlar öd axarlarına düşdükdə ödün öd kisəsindən axması prosesi pozulur”.

 

Həkim-terapevt qeyd etdi ki, xroniki xolesistit zamanı öd kisəsində öd daşları əmələ gəlmir, lakin bu heç də o demək deyil ki, bu forma təhlükəli deyil. Xroniki xolesistit istənilən zaman kəskinləşə bilər:

 

“Xolesistitin simptomları bunlardır - sağ böyürdə ağırlıq hissi, küt ağrılar, hansı ki, bu ağrı kürəyə və qola yayılır, iştahanın pozulması, həzm proseslərin pozulmaları, gəyirmə, ağızda acı dad, ürəkbulanması, nadir hallarda qusma, sarılıq - insanın dərisi və selikli qişaları sarımtıl rəng alır. Bu simptomlar xüsusilə yağlı və qızardılmış qidaların qəbulundan sonra meydana çıxır”.

 

 

 

Nərminə xanım deyir ki, bu simptomlar meydana çıxdıqdan dərhal sonra qastroenteroloqa müraciət etmək lazımdır. Həkimin sözlərinə görə, xəstəlik ilk mərhələlərində daha asan müalicə olunur. Əks halda pozulma daha ağır formaya keçərək çox təhlükəli fəsadların inkişafına səbəb ola bilər. N.Abbasova vurğuladı ki, kəskin xolesistit tutması özünü sağ böyürdə güclü tutmaşəkilli ağrılar, kəskin zəiflik, bədən hərarətinin artması, ağızda acı dad, tez-tez qıcqırma, qusma, sarılıq simptomları ilə büruzə verir:

 

 

 

“Bu simptomlar öd kisəsində olan güclü iltihabdan xəbər verir. İltihab qonşu orqanlara - qara ciyər, mədə, mədəaltı vəzi, 12 barmaq bağırsağa da toxunur”.

 

 

 

Kəskin xolesestitin digər çox ağır fəsadının peritonit olduğunu deyən Nərminə xanım bildirdi ki, öd kisəsində olan daşlar onun divarlarını dartır, divarlar nazilir və nəticədə öd kisəsi yırtıla bilər:

 

 

“Öd kisəsinin möhtəviyyatı qarının boşluğuna düşür və qarının daxili qişasının iltihabına - peritonitə - səbəb olur. Peritonit insanın həlak olmasına səbəb ola bilər. İnsana təcili tibbi yardım tələb olunur. Bir çox hallarda cərrahi əməliyyat lazım gəlir”.

 

Həkim-terapevt deyir ki, Xolesistit xəstəliyinin əsas səbəbi öd kisəsindən ödün axması prosesinin pozulmasıdır. Bunun nəticəsində öd kisəsində durğunluq yaranır:

 

“Durğunluq daşların əmələ gəlməsinə səbəb olur ki, bu daşlar ödün axmasını daha da çətinləşdirir və nəticədə öd kisəsi axarları daşlarla tam tutula bilər. Ödün öd kisəsindən axması müxtəlif səbələrə görə pozula bilər. Bu səbəblər kimi öd kisəsi və öd axarlarının mikroflorasının dəyişilməsini - immun sisteminin zəifləməsini - öd kisəsində və ya qonşu orqanlarda iltihabı, hamiləlik, xüsusilə hamiləliyin 2-ci yarısında qadının orqanizmində baş verən ciddi hormonal dəyişiklikləri, düzgün olmayan qidalanmanı, piylənməni, azhərəkətli həyat tərzini, irsiyyəti missal göstərmək olar”.

 

 

DİQQƏT!

Əgər XolesistitÖd kisədi iltihabı haqqında daha geniş məlumat almaq və ya müalicə olunmaq (yaxın adamınızı müalicə etdirmək) istəyirsinizsə, Mayomed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinə - həkim-terapevti Nərminə Abbasovaya müraciət edə bilərsiniz:

 

TEL: (012) 464 86 93; 464 86 94; 464 86 95
MOB: (051) 866 02 20; (051) 567 66 96

ÜNVAN: Bakı, Nərimanov, Əhməd Rəcəbli-207.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı