“Laçın şəhərində lazımi mesajlar verildi”

13:00 01-06-2023 | icon 804 | Siyasət
“Laçın şəhərində lazımi mesajlar verildi”

Sədaqət Vəliyeva: "Ölkəmizdə milli ruhda tərbiyə almış gənc nəsil yetişib"


“Azərbaycan Prezidenti çıxışında Ermənistanın revanşist və separatizm siyasəti haqqında danışaraq lazımi mesajlar da verdi. “Separatizmin kitabı bağlandı. Müstəqillik xülyası statusun dalınca getdi”- deyən cənab İlham Əliyev bununla da bir daha bəyan etdi ki, Dəmir Yumruq hər zaman yerindədir və baş qaldıran istənilən qüvvənin başını əzəcək”.

 


Versus.Az xəbər verir ki, bunu Milli Məclisin deputatı Sədaqət Vəliyeva Prezidentin Laçın səfəri və oradan verilən mesajların əhəmiyyəti ilə bağlı açıqlamasında bildirib.

 

S.Vəliyeva bildirib ki, mayın 28-də Laçın rayonuna səfər edən Prezident İlham Əliyev Laçın şəhərində bir qrup sakinlə görüşü zamanı bir sıra vacib məsələlərə toxunmaqla lazımi mesajlar verdi:

 

“Mənfur düşmənlərimizin 30 il ərzində şəhər və kəndlərimizi dağıtdığını, viran qoyduğunu diqqətə çatıran ölkə başçısı cəmi iki il yarım ərzində keçmiş köçkünlərin öz doğma yurdlarına qaytarıldığını diqqətə çatdırdı. Yəni Ermənistanın 30 il ərzində dağıdaraq viran qoyduğu, cəhənnəmə çevirdiyi torpaqlarımızı Azərbaycan cəmisi 2 il yarıma bərpa edərək cənnətə çevirdi. Bu fakt bir daha Ermənistanin vandalizm siyasətini ifşa etməklə yanaşı Azərbaycan dövlətinin qüdrətini göstərmiş oldu. Ali Baş Komandanımız Müzəffər Azərbaycan Ordusunun 44 gün ərzində düşməni darmadağın etdiyini, onları diz çökdürdüyünü və torpaqlarımızdan qovduğunu bildirərək Azərbaycanın güclü orduya malik olduğunu qeyd etdi. Bəli, Şanlı Azərbaycan Ordusu, Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi altında İkinci Qarabağ müharibəsində 21-ci əsrin müharibəsini apararaq, öz gücünü, qüdrətini və humanistliyini dünyaya nümayiş etdirdi. Ordumuz tərəfindən İkinci Qarabağ müharibəsi zamanı istifadə olunan döyüş taktikası dünya hərb tarixinə yenilik olaraq həkk oldu və dünyanın bir çox aparıcı ali hərbi məktəblərinin dərsliklərinə salındı. Daha sonra dövlətimizin Başçısı gənclər siyasəti haqqında danışaraq ölkəmizdə gözəl, vətənpərvər, milli ruhda tərbiyə almış gənc nəsil yetişdiyini diqqətə çatdırdı”.

 

Deputat məhz Prezident İlham Əliyev tərəfindən gənclərlə bağlı həyata keçirilən uğurlu siyasət nəticəsində heç zaman Qarabağı görməyən Azərbaycan gəncliyinin Ali Baş Komandanın bir əmri ilə torpaqlarımızı işğaldan azad etməyə qalxdığını qürurla xatırladıb. /hafta.az/

 

Tahirə Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı