Xalq artisti Vəli Qədimovun 80 illiyi qeyd edildi

11:16 26-01-2020 | icon 1051 | Mədəniyyət
Xalq artisti Vəli Qədimovun 80 illiyi qeyd edildi

Yanvarın 23-də Beynəlxalq Muğam Mərkəzi və "Mədəniyyət" kanalının təşkilatçılığı ilə Xalq artisti, unudulmaz klarnet ifaçısı Vəli Qədimovun 80 illiyinə həsr olunmuş gecə təşkil edilib.

 

Versus.Az xəbər verir ki, tədbirdə Sənətşünaslıq üzrə fəlsəfə doktoru Səadət Təhmirazqızı çıxış edərək unudulmaz ifaçının yaradıcılığından söz açdı. Bildirdi ki, uşaq yaşlarından klarnet çalmağa başlayan Vəli Qədimov 14 yaşında artıq özfəaliyyət kollektivində iştirak etməyə başlayıb. 1970-ci ildə o, Baba Salahovun, 1981-cü ildə Xalq artisti Zeynəb Xanlarovanın ansamblında aparıcı solist yerini tutub. Onun ifasında Azərbaycan musiqisi dünyanın bütün qitələrində səslənmiş və sürəkli alqışlarla qarşılanıb. İfaçının yüksək sənətkarlığı dövlətimiz tərəfindən qiymətləndirilib. 1987-ci ildə Azərbaycanın əməkdar artisti, 2000-ci ildə Azərbaycanın xalq artisti fəxri adların layiq görülmüşdür.

 

Tədbirdə Xalq artistləri Aftandil İsrafilov, Fikrət Verdiyev, Sadıq Zərbəliyev, Ramiz Quliyev, Zamiq Əliyev sənətkarla bağlı xatirələrini bölüşdülər.

 

Vurğulandı ki, Azərbaycan musiqi tarixinə adını silinməz hərflərlə həkk edən sənətkarlar az olmayıb. Belə unudulmaz musiqiçilərdən biri də Vəli Qədimov idi. O, xalqın sevimli artistinə çevrilənədək sənət yolunda fədakarlıq göstərmiş Xalq artisti Zeynəb Xanlarova ilə illər boyu çiyin-çiyinə çalışmış, eyni səhnədə könülləri riqqətə gətirən musiqilərimizi qanadlandırmışdır.

 

Konsert proqramında sənətkarın Qizil fondda qorunan ifaları ilə yanaşı tanınmış xanəndələr vaxtilə sənətkarın müşayiəti ilə səslənən musiqi parçalarını təqdim etdilər. Ifaçıları Azərbaycan Televiziyası və Radiosunun Əhsən Dadaşov adına “Xatirə” xalq çalğı alətləri ansamblı (bədii rəhbər Xalq artisti Adil Bağırov) müşayiət edirdi.

 

Tədbirin sonunda Vəli Qədimovun qızı Xalidə Qədimova çıxış edərək atasının xatirəsinin əziz tutub yubiley gecəsinə gələn qonaqlara və tədbirin təşkilatçılarına təşəkkürünü bildirdi.


Qeyd edək ki, BMM mütəmadi olaraq görkəmli muğam ifaçıları, musiqi sənətimizdə iz qoyan sənətkarların xatirəsinə həsr olunan gecələr təşkil edir. Bu gunə kimi muğam sənətimizdə xidmətləri olan xanəndələrlə yanaşı instrumental ifaçılıq məktəbinin görkəmli nümayəndələrinin xatirəsi yad edilib.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı